Accessibility links

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini qaldırıb


Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin (İH) qərarı ilə uçot dərəcəsi 0.25 bənd artırılaraq 8 faizə çatdırılıb.

Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat verib.

Məlumata görə faiz dəhlizinin aşağı həddi 1 faiz artırılaraq 5 faizə qaldırılıb, yuxarı həddi isə 9.25 faiz səviyyəsində dəyişməz saxlanıb.

AMB İH-nin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı dekabrın 16-da açıqlanacaq.

Öz növbəsində iqtisadçı ekspert Qubad İbadoğlu Amerikanın Səsinə açıqlamasnda bildirib ki, AMB-in bu qərarı monetar siyasətin sərtləşdirilməsi ehtiyacından və inflyasiyanın 13 faizin üzərində olması səbəbindən irəli gəlir.

“Çünki qiymətin yüksək səviyyəsi pula tələbi daha da artırır, odur ki, uçot dərəcəsinin artırılması gözlənilən idi və bu həm də buxovlayıcı-sərt monetary siyasətlər pul təklifini məhdudlaşdırmağa xidmət edir və anti-inflyasiya xarakteri daşıyır. Bununla yanaşı, bu qərar faiz dərəcəsinin artımına və investisiyaların (işgüzar fəallığın) azalmasına gətirib çıxarır ” deyə ekspert bildirib.

O hesab edir ki, AMB-nin qərarı real iqtisadiyyata əhəmiyyətli təsir göstərməyəcək,

“Onsuz da Azərbaycanda fazi dərəcəcləri yüksək, işgüzar fəallıq da aşağıdır, milli iqtisadiyyata sərmayələr ildən ilə azalır. Faiz dəhlizinin eninin daraldılması qərarı da düzgündür, amma təsirsizdir. Odur ki, hazırkı situasiyadan qaynaqlanan bu qərarlar doğru olsa da inflyasiyanın cilovlanması baxımından əhəmiyyətli nəticələr doğurmayacaq. Çünki, birincisi, inflyasiya yaradan amillər arasında monertar faktorlar fəal deyildir, ikincisi onsuz kredit faizləri yüksəkdir” -İbadoğlu bildirib.

Qeyd edək ki, AMB-nin bundan öncəki son iclasında bildirilmişdi ki, pul siyasətinə dair növbəti qərarlar qlobal mühitdə gedən proseslərin ölkə daxilindəki inflyasiya proseslərinə və maliyyə bazarlarına təsirləri, habelə risk amillərinin balansı nəzərə alınmaqla qəbul ediləcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Suriya hakimiyyəti ölkədəki silahlı qrupların ləğv ediləcəyni bildirir
please wait

No media source currently available

0:00 0:11:30 0:00
XS
SM
MD
LG