Accessibility links

Azərbaycanda ilk dəfə əhatəli cinsi təhsillə bağlı dərs keçiriləcək


Azərbaycanda ilk dəfə əhatəli cinsi təhsillə bağlı dərs keçiriləcək
please wait

No media source currently available

0:00 0:02:41 0:00

Azərbaycanda ilk dəfə əhatəli cinsi təhsillə bağlı dərs keçiriləcək. Layihə Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI Qrant Müsabiqəsi qalibi olaraq, Sabunçu rayonu 72 nömrəli tam orta məktəbdə tətbiq ediləcək. Bu layihə çərçivəsində cəlb olunmuş seks terapevt Şəbnəm Sadıqova dərslərin noyabrın 1-dən dərslərə başlayacağını deyir.

Şəbnəm Sadıqova qeyd edib ki, bu dərslər uşaqlara öz bədənlərini tanımağa, yaxşı və pis toxunuşun fərqini, həmçinin nəyin qısnama olduğunu dərk etməyə kömək edəcək:

“Əhatəli cinsi təhsil dünyanın bir çox ölkələrində tətbiq olunur və uşaqların sağlam məlumatlar əldə eləməyinə, suallarını verə biləcəkləri etibarlı yerin olmağına, inkişaf dönəmlərini daha etibarlı formada tamamlaya bilməklərinə kömək edir. Aparılan araşdırmalar da göstərir ki, bu təhsili alan uşaqlar, bu təhsilin tətbiq edildiyi məktəbləri bitirən uşaqlarda təcavüzü tanıma, özünü qoruma qabiliyyətləri daha çox yüksəlir, istənməyən hamiləlik, ya da hər hansı bir problemli romantik münasibətlər və sair kimi hallardan özlərini daha yaxşı qoruya bilirlər. Riskli seksual davranışların da sayı get-gedə azalmağa başlayır”.

“Məktəblinin dostu” layihəsinin əməkdaşı Yuliya Bayramova öz təcrübəsinə əsaslanaraq deyir ki, uşaqlar adətən yaxınları tərəfindən qısnama və təcavüzə məruz qalırlar.

“Ailədə heç kim qəbul etmir və bu uşağın reallığını pozur, həm mənəvi, həm psixoloji reallığını pozur. O, həm sözləri tapa bilmir, həm də dəstək axtaranda onu əldə etmir, onlara inanmırlar. Deyirlər ki, o uydurur, amma uşaq belə şeyləri uydura bilməz”, deyə Bayramova bildirib.

Valideynlər üçün məlumatlandırma təlimindən sonra isə onlardan uşaqlarına proqramın keçirilməsi üçün razılıq alınıb. Valideynlər proqram haqqında fikirlərini bildiriblər.

Aysel Xudayeva deyir ki, bu təlimdən sonra o övladına necə yanaşacağını və onun verdiyi suallara necə cavab tapacağını öyrənib:

“Hansı sözləri seçərək, onlarla hansı yanaşma ilə ünsiyyət qurmalıyam öyrəndim”.

Gülşən Qurbanova isə deyir ki, belə təlimlər digər məktəblərdə də tətbiq edilməlidir, xüsusilə də Azərbaycanın bölgələrində buna ehtiyac olduğunu vurğulayıb.

“Bölgələrimizdə və məktəblərimizdə bu sırf uşaqlar və valideylər arasında tədris olunsa zorakılığın qarşısı alınar, uşaq özünü qorumağı bacarar. Hər bir uşaq özünə, bədəninə, əqlinə sahib çıxmağı bacarar”, deyə valideyn bildirib.

XS
SM
MD
LG