Accessibility links

İranda ümummilli etirazlar 33-cü gündür davam edir


İranda gənc qadının polis nəzarətində ölməsindən sonra ardıcıl 33-cü gündür ümummilli nümayişlər keçirilir. Keçən gecə etirazlar Tehran, Sənəndəc və Dehqolanda sakinlərin "Xameneyiyə ölüm" şüarları, tələbələrin isə bir neşə universitetdə mitinqlər keçirməsi ilə davam edib.

BMT-nin insan haqları rəsmiləri İslam Respublikasının anti-hökumət etirazlarını zorakılıqla yatırmasını beynəlxalq hüququn pozulması olduğunu deyərək, qınayıb və İran hökumətini dinc nümayişçilərə qarşı ölümcül repressiyalara son qoymağa çağırıb.

Etirazlar sentyabrın ortalarında 22 yaşlı Məhsa Əmininin həbsindən və ölümündən bir neçə gün sonra başlayıb. O, baş örtüyünü düzgün örtmədiyi üçün İranın əxlaq polisi tərəfindən həbs edilmişdi.

İranın İnsan Haqları Qrupunun bu həftə bildirdiyinə görə, davam edən ümummilli etirazların yatırılması nəticəsində ölənlərin sayı 27-si uşaq olmaqla, indiyədək azı 215 nəfərə çatıb.

İran hökuməti Əmini ilə pis rəftar edilmədiyini və onun infarkt keçirdiyini iddia edib. Ailəsi onun ürək problemi olmadığını və bədənində döyülmə əlamətlərinin olduğunu deyib.

İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) yaxın media orqanı çərşənbə günü bildirib ki, İranda son həftələr keçirilən etiraz aksiyaları ilə əlaqədar 14 ölkənin vətəndaşı saxlanıb.

Hesabatda həbs edilənlər arasında ABŞ, Rusiya, Avstriya, Fransa, Britaniya və Əfqanıstan vətəndaşlarının olduğu bildirilib.

XS
SM
MD
LG