Nigeriyada güclü daşqınlar nəticəsində ölənlərin sayı 600-ü ötüb, 1 milyondan çox insan evlərindən didərgin düşüb.
Daşqın təsərrüfatları və yolları bürüyüb, ərzaq və yanacaq daşınmasına mane olub. Qiymətlərin sıçrayışı artıq nigeriyalılar üçün həyatı daha da bahalaşdırdığı üçün səlahiyyətlilər tıxacları aradan qaldırmaq üçün mübarizə aparır.
Nigeriyada son 10 ilin ən ağır daşqınının təsiri nəticəsində sahil Kogi əyalətindəki Dantata körpüsündə tonlarla ərzaq və yanacaq təyinat yerlərindən çox uzaqda kilometrlərlə uzanır.
Körpü Nigeriyanın şimalı və cənubu, o cümlədən paytaxt Abuca arasında əsas yolların kəsişməsinə imkan verən əlaqə xəttidir.
Lakin Kogi əyalətində həftələrlə davam edən şiddətli daşqın əkin sahələrini yuyub aparıb və Dantata körpüsü də daxil olmaqla, giriş yollarına təsir edib.
Abuca sakini Bəşiru Usman deyir ki, təsir Abucada ciddi şəkildə hiss olunur.
Benzin satıcısı kimi çalışan Usman "yanacaq almaqda çətinlik çəkirik. "Növbədən də göründüyü kimi yanacaq yoxdur. Bütün ərazidə yalnız bir yanacaqdoldurma məntəqəsi yanacaq satır" deyib.
Səlahiyyətlilər Nigeriyanın 36 əyalətindən 33-də 2 milyondan çox insanın daşqqınların təsirinə məruz qaldığını bildirib.
Onlar daşqınların səbəbini iyul ayında başlayan leysan yağışları və Kamerunun Laqdo bəndindən suyun boşaldılması ilə əlaqələndirirlər.
Lakin ekspertlər deyir ki, Nigeriyanın zəif şəhərsalma sxemi vəziyyəti daha da pisləşdirib.
Bəzi hallarda sel suları damları örtüb və icmaları tamamilə su altında qoyub.
Bu həftə Prezident Muhəmmədu Buhari fövqəladə hallara müdaxilə edənlərə müdaxilələrini genişləndirməyə göstəriş verib və daşqınların təsirini azaltmaq üçün ən çox təsirlənən ərazilərə 12 metrik tona qədər taxıl göndərildiyini deyib.
Lakin düşərgə rəsmiləri yardımın nə vaxt gələcəyindən əmin deyil və onlar yeni gələnləri yerləşdirmək üçün yerlərinin tükəndiyini deyir.
Düşərgə koordinatoru Aliyu Adoqa bildirib ki, biz hələ də federal hökuməti bu insanların yaşadığı yerlərə getməyə çağırırıq.
"Onları yeni yaşayış yeri əldə edə biləcəkləri başqa yerə köçürə bilsələr, bu, onlar üçün asan olacaq, çünki bu, hər il baş verən hadisədir"- deyə, o əlavə edib.
İqtisadiyyat ekspertləri daşqınlar nəticəsində ilin sonuna qədər ərzaq qiymətlərinin 25 faizə yüksələcəyini proqnozlaşdırır. Onlar, həmçinin tendensiyanın gələn il də davam edə biləcəyini deyirlər.
Nigeriya hakimiyyəti noyabr ayında Kamerunla Laqdo bəndinin vaxtaşırı açılışı ilə bağlı danışıqlar aparmağı planlaşdırır.
Səlahiyyətlilər Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı və ya Misirdə noyabrda planlaşdırılan COP27 zamanı iqlim dəyişikliyinin azaldılmasına diqqət yetirəcəklərini deyir.
O vaxta qədər didərgin düşmüş yüz minlərlə insan həyatın əsas ehtiyaclarını - qida, sığınacaq və təmiz su axtarışında olacaq.