Accessibility links

Bakının "Ağ Şəhər" meydanında Azərbaycanın ilk kofe festivalı keçirilib


Bakının "Ağ Şəhər" meydanında Azərbaycanın ilk qəhvə festivalı keçirilib
please wait

No media source currently available

0:00 0:02:16 0:00

“Coffest” adlanan beynəlxalq ekspozisiyada 30-dan çox kofeşopun, yerli və xarici kofe şirkətinin, 3 incəsənət mərkəzinin məhsulları sərgilənib.

4 gün davam edən festival günlərində ziyarətçiləri cəlb etmək üçün müxtəlif konsertlər, masterklasslar təşkil edilib.

Vegarts brendinin sahibi Fəridə Qaziyeva festivalda yerli brend kimi iştirak edib. O düşünür ki, bu tipli festivalların tez-tez keçirilməsi kiçik və sosial biznes sahibləri üçün yaxşı fürsətdir:

"İstər musiqi, istər kofenin iyi, istər insanlarla söhbət etmək, Azərbaycanda nələr baş verir, kimlər nə işlər görür - buna insanların marağı var. Düşünürəm ki, Azərbaycanda bu kimi Festivallar çox olmalıdır, tez-tez olmalıdır. Yəni yayda, eyni zamanda qışda da, qapalı və açıq məkanlarda da təşkil olunmalıdır. mən əlbəttə də tərəfdarıyam ki, təbiətdə də bu kimi Festivallar təşkil olunsun. Və əsas da yerli biznes sahiblərini cəlb edilsin".

Festivala kofe mədəniyyətinin geniş yayıldığı Kuba, Venesuela, Kolumbiya, Argentina və digər xarici ölkələrin Azərbaycandakı nümayəndələri qatılıb.

Festivalın ictimaiyyətlə əlaqələr meneceri Nəzrin Zeynallı deyir ki, Azərbaycanda kofe mədəniyyətini inkişaf etdirmək məqsədi daşıyan festival eyni zamanda kofe sevərləri bir araya gətirib:

"Qəhvə və digər şirkətlərə məxsus olan stendlərimiz var. Biz çalışırıq ki, bizim gələn qonaqlarımız stendlərə yaxınlaşıb, onların məhsulları ilə tanış olsunlar, daha ətraflı məlumat alsınlar, gözəl musiqidən zövq alsınlar. Bundan əlavə masterklasslar keçirilir. Müxtəlif masterklasslarda iştirak edərək onlar kofenin hazırlanma üsulları ilə tanış ola bilirlər".

Dünyaya Baxış

Dünyaya Baxış. Alatava sakinləri evlərinin icazəsiz sökülməsinə etiraz edir
please wait

No media source currently available

0:00 0:14:11 0:00
XS
SM
MD
LG