Accessibility links

Ali Məhkəmə VİP sədri Əli Əliyevin kassasiya şikayətinə baxıb


Ali Məhkəmə VİP sədri Əli Əliyevin kassasiya şikayətinə baxıb
please wait

No media source currently available

0:00 0:02:10 0:00

Ali Məhkəmə VİP sədri Əli Əliyevin kassasiya şikayətinə baxıb

Oktyabrın 18-də Azərbaycan Ali Məhkəməsində Ramil Ədilovun xüsusi ittihamı əsasında həbs edilən Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevin kassasiya şikayətinə baxılıb

Hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə partiya sədri Əli Əliyev iştirak etməyib.

Məhkəmə zamanı Əli Əliyevin vəkili Cavad Cavadov çıxış edib. O, məhkəmədən Apellyasiya məhkəməsinin qərarını ləğv edərək, Əli Əliyevə bəraət verilməsini istəyib.

Hüquq müdafiəçisi Zəfər Əhmədov qərarın gözlənilən olduğunu vurğulayıb:

"Vəkillərin çıxışı oldu, bilirdik hansı vəsatətləri veriblər. Hakim hansı qərarı verəcək bu da bizə aydın idi. Ona görə gözlənilməz bir şey olmadı, Apellyasiya Məhkəməsinin qərarı qüvvədə saxlanıldı. Hüquqa dəxli yoxdur bu məsələnin. Bu siyasi qərardır. Əli Əliyevi mümkün qədər həbsdə saxlamaq və ən azından onun iradəsini sındırıb hansısa razılığa getmək istəyirlər. Buna da nail ola bilmədiklərinə görə, yəqin onu hələ uzun müddət həbsdə saxlamaq fikirləri var".

Məhkəmə iclasında iştirak edən hüquq müdafiəçiləri, eyni zamanda Vətəndaş və İnkişaf Partiyasının üzvləri Ali Məhkəmənin qərarını etirazla qarşıyıblar. VİP sədrinin müavini Zaur Mahiroğlu qərarın siyasi sifariş olduğunu bildirib :

"O həbs həyatını yaşayıb. Bəraət verilsəydi belə Azərbaycan məhkəmələri tərəfindən verilmiş bəraətin heç bir əhəmiyyəti yox idi. Bu adamı həbs edib saxlamısız həbsdə. Niyə həbsdə qalıb bu günə qədər Əli Əliyev və bu gün də 4-cü cinayət işi açıblar? Ona görə Əli Həbsdə saxlayırlar ki, onun 2 il , 3 il əvvəl dedikləri bu gün öz təsdiqini tapmaqdadır".

Əli Əliyevin vəkilinin sözlərinə görə, Ali məhkəməsnin qərarından Avropa İnsan Haqları Məhkəməsinə şikayət veriləcək.

Əli Əliyev bu ilin yanvarın 13-də Dövlət Sərhəd Xidmətinin zabiti Emil Cəfərovun şikayəti əsasında böhtan ittihamı (Cinayət Məcəlləsinin 147.1-ci maddəsi) ilə 5 ay müddətinə azadlıqdan məhrum edilib. Aprelin 15-də məhkəmə Dövlət Sərhəd Xidmətinin digər zabiti Ramin Ədilovun Əliyevə qarşı şikayətini təmin edərək, cəzanın müddətini daha bir ay uzadıb.

İddialara 2021-ci il noyabrın 30-da Dövlət Sərhəd Xidmətinə məxsus Mİ-17 vertolyotunun qəzaya uğraması nəticəsində sözügedən zabitlərin sağ qalmasının mümkünsüz olması və vertolyotun Rusiya tərəfindən vurulması ehtmalı ilə bağlı Əli Əliyevin mətbuata açıqlaması səbəb olub. Ötən ilin noyabrında Dövlət Sərhəd Xidmətinin vertolyotunun qəzaya uğraması nəticəsində bu qurumun 14 zabiti həlak olub, ikisi isə sağ qalıb. Və onlar iddia irəli sürüblər.

Əli Əliyev hər iki hökmü rədd edərək, həbsini “ölkə rəhbərliyinin siyasi sifarişi” adlandırıb.

XS
SM
MD
LG