Accessibility links

Tehran Evin həbsxanasındakı yanğın zamanı azı 8 nəfər ölüb


Tehranın Evin həbsxanasında baş verən yanğın nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb, İran məhkəməsi bazar ertəsi bildirib.

Yanğın şənbə günü baş örtüyünü düzgün örtmədiyi üçün ölkənin əxlaq polisi tərəfindən saxlanılan 22 yaşlı Mahsa Amini adlı qadının ölümü ilə nəəticələnən və artıq beşinci həftədir davam edən etirazlar zamanı baş verib.

İran dövlət mediası yanğının bir neçə saatdan sonra söndürüldüyünü və heç bir məhbusun qaça bilməyəcəyini bildirib.

ABŞ Dövlət Departamenti hadisə ilə bağlı bəyanat yayıb. Bəyanatda Dövlət Departamentinin Evin həbsxanasından gələn xəbərlərin izlədiyi və İranın haqsız yerə həbs edilmiş ABŞ vətəndaşlarının təhlükəsizliyinə cavabdeh olduğu və onların dərhal azad edilməli olduğu bildirilir.

Təhlükəsizliklə bağlı ittihamlarla üzləşən məhbusların saxlandığı və ikili vətəndaşların da olduğu Evin Həbsxanası hüquq qrupları tərəfindən məhbuslara qarşı zorakılıq tətbiq etməkdə ittiham olunur.

Bu həbsxana uzun müddətdir siyasi məhbusların, eləcə də İran tərəfindən beynəlxalq danışıqlarda sövdələşmə obyekti kimi istifadə edilən Qərblə əlaqələri olan şəxslərin saxlanması ilə tanınır.

XS
SM
MD
LG