Accessibility links

Ned Prays: ABŞ "xarici diplomatik missiyaların təhlükəsizliyinin təmin olunmasına  sadiqdir


"ABŞ zorakılığın istənilən formasını pisləyir və xarici diplomatik missiyaların təhlükəsizliyinin təmin edilməsinə sadiqdir".

ABŞ-ın Azərbaycandakı səfirliyi Amerikanın Səsinin Vaşinqtonda Azərbaycan səfirliyinin avtomobilinin atəşə tutulması barədə sorğusuna cavabda Dövlət Departamentinin sözçüsü Ned Praysa istinadla aşağıdakı mətni təqdim edib.

"Biz Azərbaycandakı rəsmi şəxslərlə əlaqə saxlayırıq", o əlavə edib.

Prays bildirib ki, Azərbaycan Xarici İşlər Nazirliyinin press-relizilə tanış olub və araşdırma aparılır.

"Biz Azərbaycan səfirliyinin rəsmi şəxslərilə əlaqə saxlayırıq və mütəmadi olaraq həm təhdidlər, həm də təhlükəsizlik barədə tövsiyələrə dair məlumatı paylaşırıq" , o əlavə edib.

Prays bildirib ki, Azərbaycan Xarici İşlər Nazirliyinin press-relizilə tanış olub.

"Birləşmiş Ştatlar xarici diplomatik missiyaların təhlükəsizliyinin təmin olunmasına sadiqdir. Başa düşdüyümüz qədərilə, səfirlik əməkdaşlarından heç biri xəsarət almayıb" , o, fikrini yekunlaşdırıb.

Oktyabrın 11-nə keçən gecə naməlum şəxslər Azərbaycanın Vaşinqtondakı səfirliyinin avtomobilinə atəş açıblar, xəsarət alan olmayıb.

XS
SM
MD
LG