Accessibility links

Səfərbərliyə görə Rusiyanı tərk etmiş fotoqraf: “Hər an məni orduya apara bilərdilər, bu isə ölümə göndərilmək deməkdir”


Səfərbərliyə görə Rusiyanı tərk etmiş fotoqraf: “Hər an məni orduya apara bilərdilər, bu isə ölümə göndərilmək deməkdir”
please wait

No media source currently available

0:00 0:02:22 0:00

28 yaşlı fotoqraf Mixail Kort Rusiyanı səfərbərliyə görə tərk etmək məcburiyyətində qalıb. O, bu qərarla bütün həyatının dəyişdiyini və həyat yoldaşını Rusiyada qoyub Azərbaycana gəldiyini deyir:

"Mən səfərbərliyə görə çağırılan çağırışçıların kateqoriyasına daxiləm, yəni hər an məni orduya apara bilərdilər, bu isə ölümə göndərilmək deməkdir".

Rusiya Prezidenti Vladimir Putin sentyabrın 21-dən etibarən qismən səfərbərlik elan edib. O, yalnız ehtiyatda olan hərbçilərin xidmətə çağırılacağını vurğulayıb.

Putin qanuna dəyişiklik edərək, döyüşməkdən imtina edənlər üçün cəzaları sərtləşdirib. Dəyişikliyə əsasən, məcburi əsgərlik yaşına çatan və ya ehtiyatda olanlar da, döyüş əməliyyatlarında iştirakdan imtina etdikləri təqdirdə 10 il müddətinə həbs oluna bilərlər.

Mixail deyir ki, səfərbərlik xəbərlərindən sonra Rusiyadan başqa ölkələrə təyyarə bileti tapmaq çətinləşib, tapanda isə biletlərin qiymətində bahalaşma müşahidə olunub və o bilet almaq üçün borc götürmək məcburiyyətində qalıb:

"Biletlər milyon, yarım milyon və 300 min rubl məbləğində idi, çox ağlasığmaz məbləğdə idilər. Bu qiymətlər təkcə Bakı üçün belə deyildi, Qazaxıstana da belə idi, digər ölkələrə də biletlər çox baha idi".

Səfərbərliyə görə Rusiyanı tərk edən kişilərin sayını dəqiq müəyyən etmək olmasa da, müxtəlif media qurumlarının hesablamalarına görə bu rəqəm 200 mindən çoxdur.

Mixail bildirir ki, səfərbərlik haqqında xəbəri oxuyanda o təşvişə düşüb və nə edəcəyini bilməyib. Onun sözlərinə görə o ölkəni tərk edib Azərbaycana gəldikdən sonra isə özünü daha təhlükəsiz mühitdə hiss edir:

"İlk növbədə qorxu, təşviş və bütün hiss etməli olduğum pis emosiyaları keçirdim. Necə davranacağımla bağlı bir planım yox idi, ümumiyyətlə nə edim bilmirdim. Çünki müharibədə iştirak etmək kimi bir niyyətim yox idi. Mən uşaqlıqdan siyasi səbəblərdən öldürmək və ölməklə bağlı fikirlərlə razılaşmıram. Yaxşı ki, dostlarım ölkədən çıxmağıma kömək elədi".

Mixail tezliklə öz ölkəsinə geri dönməsi barədə fikirlərə nikbin yanaşmır

XS
SM
MD
LG