Accessibility links

Yeniyetməyə təcavüz etməkdə təqsirləndirilən Əsgər Ağazadə 5 il azadlıqdan məhrum edilib 


Əsgər Ağazadə məhkəmə prosesində
Əsgər Ağazadə məhkəmə prosesində

Oktyabrın 12-də yeniyetmə Sənay Yağmura təcavüz etməkdə təqsirləndirilən Əsgər Ağazadənin məhkəmə prosesi keçirilib. Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən məhkəmədə Ağazadəyə 5 il azadlıqdan məhrumetmə cəzası verilib.

Bu ilin iyul ayında dövlət ittihamçısı Əsgər Ağazadəyə 7 il cəza istəyib. Prokuror bildirib ki, Əsgər Ağazadəyə Cinayət Məcəlləsinin 149.2.3 (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsilə verilən ittiham məhkəmədə sübuta yetirilib.

Sənay Yağmur
Sənay Yağmur

Sənay Yağmurun anası Zümrüd Yağmurun sözlərinə görə, məhkəmə bu maddə üzrə ən minimum cəza təyin edib. O bildirib ki, heç bir yüngülləşdirici hal olmayıb və istintaqla əməkdaşlıq aparılmayıb:

“Bu Prezident Administrasiyasından gəlmiş qərar idi və bu qədər az cəza verməklə təsdiq elədilər ki, bu cinayət olub. Amma bu heç nəyi dəyişmir, indiyədək aparılmış kampaniya bu idi ki, Əsgər Ağazadə günahsızdır və heç bir günah işlətməyib, bizə qarşı qaralama kampaniyasıdır. İki fakt özünü təsdiq elədi: biri odur ki, bu adam bu cinayəti törədib, onu 2 il ərzində qorumaqlarına baxmayaraq, cinayətin olmasını öz dilləri ilə təsdiq elədilər, ikinci fakt odur ki, Azərbaycan hakimiyyəti muxalif yazarın qızından qisas alırdı”.

Zibeydə Sadıqova
Zibeydə Sadıqova

Yeniyetmənin vəkili Zibeydə Sadıqova deyir ki, onlar məhkəmənin qərarından, həm də onlara qarşı ayrıseçkilikdən məyus olublar.

“Həm məhkəmə prosesində, həm də müşavirə otağında olarkən təqsirləndirilən şəxs dəfələrlə bizi çox ağır formada təhqir etdi. Biz əlbəttə ki, bununla bağlı müvafiq yerlərə şikayət edəcəyik, lakin məhkəmə bu barədə tədbir görmədi. Amma məhkəmə hökm verdi və adam təqsirli bilindi, 4 aya yaxın idi ki, biz bu anı gözləyirdik”, deyə vəkil bildirib.

Sürəyya Ağayeva
Sürəyya Ağayeva

Lakin Əsgər Ağazadə məhkəmədə özünü təqsirli bilməyib, Sənay Yağmurun onlarda qaldığı gecə ona təcavüz etməsi barədə ittihamın əsassız olduğunu deyib. O, məhkəmədə ifadəsində qarşı tərəfi ona böhtan atmaqda ittiham edib.

Təqsirləndirilən şəxsin anası Sürəyya Ağayeva da iddia edir ki, iş materiallarında olan ekspert rəyləri oğluna qarşı ittihamın böhtan olduğunu göstərir.

2021-ci ilin oktyabr ayında yazar Zümrüd Yağmur mətbuat konfransı keçirərək yeniyetmə qızının 1 il öncə cinsi təcavüzə məruz qaldığını açıqlayıb. Yazarın sözlərinə görə, ekspertiza rəylərində qızının paltarındakı biomaterialların bacısı oğlu Əsgər Ağazadəyə məxsus olduğu göstərilib.

Həmin mətbuat konfransından öncə Yasamal Rayon Prokurorluğu yetərli dəlillərin olmadığını bildirərək cinayət işi üzrə icraata 2 dəfə xitam verib.

XS
SM
MD
LG