Accessibility links

Azərbaycan prezidenti Qırğızıstanda səfərdədir, sabah Qazaxıstana gedəcək


İlham Əliyev və Sadır Japarov (Rəsmi foto)
İlham Əliyev və Sadır Japarov (Rəsmi foto)

Oktyabrın 11-də prezident İlham Əliyev Qırğızıstana dövlət səfərinə gedib. Səfər zamanı dövlətlərarası iqtisadi və siyasi əməkdaşlığı təşviq edən bir neçə sənəd imzalanıb.

Qırğızıstan prezidenti Sadır Japarov deyib ki, iki ölkənin əməkdaşlığı siyasi, ticari-investisiya və mədəni-humanitar sahələrdə fəal inkişafın parlaq göstəricisidir.

"Xüsusilə vurğulamaq istərdim ki, Qırğızıstan qardaş Azərbaycanla sistemli və uzunmüddətli əməkdaşlıq əzmindədir və strateji sahələrdə ciddi qarşılıqlı fəaliyyətə hazırdır" , o qeyd edib.

Azərbaycan prezidenti İlham Əliyev deyib ki, əmtəə dövriyyəsi məmnunedici deyil.

"Lakin fikrimcə, bu, bizim nəzərdə tutduğumuz o planlardır ki, qısa zaman kəsiyində qarşılıqlı ticarətin həcmini artırmağa imkan verəcək. Azərbaycan, həmçinin sizin ölkədə investisiya layihələrində maraqlıdır. Biz bu gün bunu da müzakirə edəcəyik".

Əliyevin fikrincə, iki ölkə arasında münasibətlər qardaşlıq xarakteri daşıyır.

"Əminəm ki, biz bundan sonra da səmərəli əməkdaşlıq edəcəyik, ölkələrimiz arasında münasibətlər dinamik inkişaf edəcək" , o qeyd edib.

Prezident Əliyev oktyabrın 12-də Bişkekdən Qazaxıstanın paytaxtı Astanaya gedəcək. Belə ki, 11 ölkənin lideri Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı iclasında iştirak etmək üçün Astanada toplaşacaq.

Qazaxıstan Xarici İşlər Nazirliyi bildirib ki, görüş oktyabrın 12-13-də olacaq. Tədbirdə prezidentlər İlham Əliyev (Azərbaycan), Rəcəb Tayyib Ərdoğan (Türkiyə), Vladimir Putin (Rusiya), İbrahim Rəisi (İran), Bərhəm Salih (İraq), Mahmud Abbas (Fələstin), Şevket Mirziyoyev (Özbəkistan), Sadır Japarov (Qırğızıstan), Emoməli Rəhmon (Tacikistan) və Qətər əmiri Şeyx Təmim bin Həməd Əl Tani iştirak edəcəklər.

Belarus prezidenti Aleksandr Lukaşenko da müşahidəçi ölkə lideri kimi sammitə dəvət olunub.

Toplantıda 27 üzv ölkədən 50-yə yaxın nümayəndə heyəti iştirak edəcək.

Bu sammitin ardınca oktyabrın 14-də Astanada Müstəqil Dövlətlər Birliyi dövlət başçılarının sammiti keçiriləcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Alatava sakinləri evlərinin icazəsiz sökülməsinə etiraz edir
please wait

No media source currently available

0:00 0:14:11 0:00
XS
SM
MD
LG