Accessibility links

Natiq Cəfərli: Biznes baxımından götürsək, vətəndaşların Rusiyadan Azərbaycana qayıtması ən son seçənək olacaq


Natiq Cəfərli: Biznes baxımından götürsək, vətəndaşların Rusiyadan Azərbaycana qayıtması ən son seçənək olacaq
please wait

No media source currently available

0:00 0:07:29 0:00

İqtisadçı ekspert Natiq Cəfərli Amerikanın Səsinə müsahibəsində Azərbaycanda ərzaq məhsullarının qiymətinin artımı və ölkədə inflyasiyanı yaradan səbəblərdən danışıb.

Amerikanın Səsi: Azərbaycanda hazırda ərzaq məhsullarında qiymətlərin artımı müşahidə olunur. Bu mövsümü amillərlə əlaqədardır, yoxsa ərzaq inflyasiyanın başqa səbəbləri var? Növbəti aylarda qida məhsulları bazarında qiymət artımı davam edə bilərmi?

Natiq Cəfərli: Azərbaycanda qiymət artımı yayda da davam edirdi. Həmişə başqa illərə baxanda görürük ki, yay aylarında əsasən ərzaq məhsullarında qiymətin səngiməsi olurdu. Bu il baş vermədi. Deməli bu mövsümi xarakter daşımır. Həm ölkə ərazisində istehsal olunan ərzaq məhsullarının qiymətində ciddi yüksəliş var. Həm də idxal etdiyimiz məhsulun qiymətində yüksəliş var. Çünki dünya bazarında ərzaq indeksində son bir ildə təqribən 40 faizə qədər bahalaşıb. Dünyada da ərzaq bahalaşmasını görürük. İdxaldan daha çox asılı olan ölkə olduğumuz üçün idxal etdiyimiz məhsulların qiyməti sürətlə artır. Nəticə etibarı ilə də bu mövsümi xarakter daşımır. Azərbaycanın özünün problemlərindən qaynaqlanır. Çünki biz özümüz-özümüzü ərzaqla təminatımız 25-26 faiz civarındadır. Yerdə qalanı biz idxal edirik. Qiymət bahalaşarkən idxal məhsullarının qiyməti də artır. Nəticədə də inflyasiya güclənir. Son illərin ən yüksək inflyasiyasını daşıyırıq. Ərzaq inflyasiyası təqribən 21 faizə yaxınlaşıb. Amma burada bir düzəliş etməyə də ehtiyac var. Dünyada gündəlik təlabat mallarının ayrıca inflyasiyası hesablanır. Bu təqribən 30 növ məhsula aiddir. Gündə insanların istehlak etdiyi məhsullar. Elə yanaşıb hesablasaq Azərbaycanda gündəlik tələbat mallarında 45 faizə yaxınlaşıb, bu da çox yüksək rəqəmdir.

Amerikanın Səsi: Rusiya-Ukrayna müharibəsinin Azərbaycanda ərzaq təchizatına bir başa təsirləri var? Müharıbənin dünya iqtisadiyyatı üçün yaratdığı nəticələr, Azərbaycan üçün hansı çağırışlar yaradır?

Natiq Cəfərli: Azərbaycanın ticarət dövriyyəsinə baxsaq müharibədən öncə Rusiya və Ukrayna kifayət qədər ciddi ticarət dövriyyəsində yer tutan ölkələr idi. Əsasən də Rusiya. Rusiya ilə ticarət dövriyyəsində ciddi bir dəyişiklik yoxdur. Əksinə bir az da artma müşahidə edilir. Amma bu artma inflyasiyadan qaynaqlanır. Həcm olaraq artmayıb. Amma qiymətlər artıb deyə , dəyər ifadəsində Rusiyadan aldığımız və satdığımız məhsulların qiymətində müəyyən dəyişkiliklər var. Ukraynadan isə daha çox taxıl məhsulları, bitki yağları, bir də quru süd alırdı. Taxil ümumiyyətlə dayandırılıb. Azərbaycan Ukraynadan taxıl almır. Bitki yağlarının da alınmasında problemlər var. Amma Türkiyə üzərindən Ukrayna bitki yağlarının bir hissəsinin almaq mümkün oldu. Amma Azərbaycanda da, dünyada da ümumi ab-havaya Rusiyanın Ukraynaya təcavüzü və bu müharibə neqativ bir fond yaradır və ərzaq təhlükəsizliyi, ərzaq qiymətlərinin yüksəlməsində bu müharibənin kifayət qədər rolu böyükdür.

Amerikanın Səsi: Rusiyada səfərbərliklə və iqtisadi vəziyyətin pişləşməsi ilə bağlı orada yaşayan azərbaycanlıların ölkə mümkün kütləvi dönüşü sosial gərginliyə səbəb ola bilərmi?

Natiq Cəfərli: Səfərbərliklə bağlı bir məsələni aydınılaşdırmaq lazımdır ki, Azərbaycan vətəndaşı, amma Rusiyada yaşayan milyon yarıma yaxın insan var. Onlara bir təhlükə yoxdur səfərbərliklə bağlı. Amma 700 minə yaxın soydaşımız var ki, həm də orada Rusiya vətəndaşlığı alıb. Onların səfərbərliyə cəlb edilməsi mümkündür və bu da əlavə problemlər yarada bilər. Amma sırf Azərbaycan vətəndaşları oradan iqtisadi priblemlərə görə, Azərbaycana geri dönüş etmə qərarı verə bilərlər. İqtisadi vəziyyət pisləşdikcə, gəlirlər azaldıqca vətənə geri dönüş mümkündür. Belə bir ehtimal var. Amma keçmiş böhranları nəzərə alsaq, 2008-2022-ci ilə qədər, yəni müharibəyə qədər Rusiyada üç dəfə dünya ilə parallel böhran dalğaları olub. Bunları nəzərə alsaq, Azərbaycan vətəndaşları sırf iqtisadi çətinliyə görə, Azərbaycana geri dönüş etməyi ən son seçənək kimi görürlər. Daha çox Qazaxıstana, Özbəkistana,Belarusiyaya, hətta Türkiyəyə köçmək, iş fəaliyyəti ilə məşğul olmaq daha uyğun olduğu üçün həmin ölkələri seçirlər. Azərbaycanda iqtisadiyyatla məşğul olmaq çətindir. İnhisarçılıqla bağlı problemlər var. Bazarın özünün problemləri var. Sırf biznes nöqteyi nəzərdən götürsək onların Azərbaycana qayıtması ən son seçənək olacaq. Təsəvvür eləsək ki, 10 minlərlə azərbaycanlı geri dönüş edəcək Azərbaycan infrastruktur olaraq da, iqtisadi olaraq da buna hazır deyil. Çünki ölkədə işsizlik problemi var, ciddi sosial problemlər var.

Amerikanın Səsi: Mövcud şəraitdə hökümət insanların sosial müdafiəsini, eləcə də kiçik və orta biznesin maraqlarının qorunması üçün lazımi tədbirlər görürmü?

Natiq Cəfərli: Əslində Azərbaycan hökümətinin yanaşmasında bir yanlışlıq var. Azərbaycan höküməti sosial yükü öz üzərinəm götürməyə çalışır. Amma bu məsuliyyəti də axra qədər yerinə yetirə bilmir. Büdcə parametrlərinə baxanda, kifayət qədər normal mənzərə yaranır ki, büdcənin 40 faizi sosial yönümlüdür. Maaşlara, təqaüdlərə, sosial infrastruktrun yaxşılaşdırılmasına xərclənir. Amma o xərclərin şəffaf olması, ünvansız olması sosial problemlərin həllində ləngimələrə və onların narazılığına səbəb olur. Ondansa təkliflərdən biri də bundan ibarətdir ki, Azərbaycan höküməti indiki büdcə profisitini nəzərə alsaq, Azərbaycanın gəlirlərini nəzərə alsaq, çox ciddi vergi və gömrük güzəştlərinə getməlidir. Bu insanların sosial vəziyyətini yaxşılaşdırmaqda önəmli rol oynayacaq. Məsələn, dərman preparatları, ərzaq məhsullarından alınan əlavə dəyər vergisi 18 faiz ya ləğv edilə bilər, olmasa iki faizə çəkilə bilər, 16 fazi güzəşt tətbiq oluna bilər. Gömrük rüsumlarında, dərman preparatlarına və ərzaq məhsullarına 15 faizlik gömrük rüsumu tamamilə ləğv edilə bilər. Bu qiymətlərin aşağı düşməsinə, sosial vəziyyətin yaxşılaşmasında da sosial yardımlardan daha çox effekt verə bilər. Ona görə də hökümət öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdə çətinlik çəkdiyini nəzərə alsaq, insanların da narazılığını nəzərə alsaq, insanlarımızın hər birinə toxunacaq vergi və güzəştlərin olması daha ciddi effekt verə bilər.

Dünyaya Baxış

Dünyaya Baxış. Suriya hakimiyyəti ölkədəki silahlı qrupların ləğv ediləcəyni bildirir
please wait

No media source currently available

0:00 0:11:30 0:00
XS
SM
MD
LG