ABŞ səfirliyi Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Güləş Federasiyası ilə birgə Amerikanın Oklahoma ştatının baş məşqçisi Con Smitin və “Wrestle Like a Girl” (“Qız kimi Güləş”) təşkilatının təsisçisi və icraçı direktoru Salli Robertsin sentyabrın 25-dən oktyabrın 3-dək Azərbaycana səfərinə sponsorluq etməkdən qürur duyur.”
Bu barədə ABŞın Azərbaycandakı səfirliyinin məlumatında deyilir.
Məlumata görə, onlar güləş məşqçiləri və gənc idmançılarla görüşmək üçün Bakı, Lənkəran, Astara, Lerik və Gəncəyə səfər edib, həm oğlan, həm də qız güləşçilərlə görüşüblər.
“İştirakçılara Bakı Amerika Mərkəzi və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında idman sahəsində liderlik və karyera quruculuğu mövzusunda seminarlar təqdim olunub, həmçinin gənc güləşçilər üçün praktiki klinik məşğələlər keçirilib, ”deyə məlumatda deyilir
Səfirliyin məlumatına görə proqramın ümumi məqsədi insanları bir araya gətirən və müsbət sosial dəyişiklik yaradan bir qüvvə kimi idmanın gücünü vurğulamaq idi.