Accessibility links

Seymur Həzi: Bu qanun layihəsi əgər hazırkı mətnlə qəbul olunsa, ölkədə siyasi müstəvi  olmayacaq


AXCP sədr müavini Seymur Həzi
AXCP sədr müavini Seymur Həzi

AXCP sədr müavini Seymur Həzi Amerikanın Səsinə müsahibəsində "Siyasi Partiyalar haqqında" yeni qanun layihəsini şərh edərək deyib ki, bu sənəd "mürtəce xarakter daşıyır və ölkədə siyasi fəaliyyətin məhdudlaşdırılmasına yönəlib".

Amerikanın Səsi: Azərbaycanda “Siyasi partiyalar haqqında” yeni qanunun qəbul olunmasına zərurət varmı? Ümumiyyətlə hazırda ölkədə bütün siyasi partiyaların, o cümlədən Xalq Cəbhəsi Partiyasının azad fəaliyyəti üçün şərait varmı?

Seymur Həzi: Prinsip etibarı ilə qanun layihələri o zaman zərurətə çevrilir ki, mövcud qanun layihəsi hansısa inkişafın qarşısını alır. Mövcud qanun layihəsi hansısa irəliləmənin qarşısını alır. Ona görə də, siyasi sistem və hüquq sistemi, belə qərara gəlir ki, qanun yenilənsin, daha mütərəqqi olsun. Daha geniş imkanlar yaratsın. Çünki qanunvericiliyin təkmilləşdirilməsinin fəlsəfəsi daha mütərrəqiyə doğruya getməkdir. Ancaq biz hal-hazırda görürük ki, 1992-ci ildə qəbul olunmuş qanun layihəsindən fərqli olaraq yeni təqdim olunan layihə daha məhdudlaşdırıcı qanun layihəsidir. Bu baxımdan belə bir qanun layihəsinə zərurət yoxdur və ehtiyac yoxdur. O ki qaldı siyasi partiyaların fəaliyyətinə, hansı imkanların olmasına məsəl üçün AXCP-nin mərkəzi ofisi yoxdu. Bölgələrin heç birində ofis yoxdur. AXCP sentyabrın 30-da bir piket keçirtməyə cəhd elədi. Piket baş tutdu. Amma necə baş tutdu, bir piketin keçiriləcəyi gün 170 –dən çox insan saxlanıldı polis tərəfindən. Bu açıq-aşkar göstərir ki, siyasi partiyaların ən primitiv, ən sadə ən ibtidai hüquqları yoxdur özündə. Bu, birləşmək hüququdur, ifadə olunmaq hüququdur. Etirazları təşkil etmək hüququdur. Bu baxımdan mən düşünürəm ki, ölkədə siyasi fəaliyyətin təşkil olunması üçün münbit şərait yoxdur. Bu təkcə AXCP üçün deyil, həm də ölkədə real müxalif olan qüvvələrə aiddir.

Seymur Həzi: Bu qanun layihəsi əgər hazırkı mətnlə qəbul olunsa, ölkədə siyasi müstəvi olmayacaq
please wait

No media source currently available

0:00 0:06:29 0:00

Amerikanın Səsi: Qanun layihəsinin hansı müddəaları AXCP-ni qane etmir? Partiyanın yeni qanun layihəsi ilə bağlı rəyi varmı?

Seymur Həzi: Əlbəttə, AXCP bu qanun layihəsi ilə bağlı müzakirə təşkil eləyib bir neçə gün öncə. AXCP öz mövqeyini rəsmən bildirib. Bir neçə müddəa ilə bağlı birbaşa. Əvvəla, siyasi partiyaların qurucularının ən azı 20 il ölkədə yaşaması şərti absurddu. Çünki 18 yaşına çatmış vətəndaşların siyasi fəaliyyətə başlamaq hüququnu məhdudlaşdırmaqdır. Başqa bir məhdudiyyət, 190 min üzvünə qeydiyyata alınma məsələsi başa düşülən deyil. Bütün hallarda bu cür məhdudiyyətlər birləşmə hüququna qarşıdır. AXCP hesab edir ki, siyasi partiyaların fəaliyyətində hər hansı inzibati nəzarətin və ya nəzarətçinin bu hüquqi şəxs kimi də ola bilər. Formalaşdırılması qanunsuzdur. Siyasi partiyanın iradəsinin üzərində heç bir inzibati iradə və ya təftişçi qoyula bilməz. Bu müddəalara görə də biz bu qanun layihəsini kökündən qəbul etmirik.

Amerikanın Səsi: Qanun layihəsi hazirki mətndə qəbul olunarsa ölkənin siyası mühitinə necə təsir edəcək? Yeni durumda AXCP fəaliyyətini necə quracaq?

Seymur Həzi: Bu qanun layihəsi əgər hazırkı mətnlə qəbul olunsa, ölkədə siyasi müstəvi olmayacaq. Ölkədə siyasi müstəvi tamamilə qapadılmış olacaq. Orada hansısa partiyanın, xüsusilə AXCP-nin qanuni fəaliyyətini tamamilə məhsuslaşdırmağa hesablanıb. Çünki faktiki olaraq hökümət bu cür planların hamısını AXCP–ni sıradan çıxartmaq üçün qurur və bu baxımdan mən düşünürəm ki, hökümətin indi ortaya atdığı qanun layihəsi elə başda AXCP olmaqla siyasi qüvvələri sıradan çıxarmağa hesablanıb və bu qanun layihəsi də qəbul olunsa demək olar ki, siyasi mühit olmayacaq.

Amerikanın Səsi: Siyasi partiyalar ücüün hüququ mühitin dəyişdirilməsi istiqamətində AXCP-nin fəaliyyət planı varmı? Bu istiqamətdə digər qurumlarla əməkdaşlıq edirsinizmi?

Seymur Həzi: AXCP bu istiqamətdə iki tədbir keçirdib. Bunlardan biri qanun layihəsinin müzakirəsi olub, digəri isə Milli Məclisin qarşısında birləşmək hüququndan istifadə edərək, bu qanun layihəsinə etiraz piketi olub. Bilirsiniz ki, etiraz piketi polis tərəfindən zorakılıqla dağıdılıb. Baxmayaraq ki, AXCP fəal üzvləri fürsət tapıb piketin qətnaməsini media üçün oxuya biliblər. Müzakirələrdə isə ölkədə real müxalifət qüvvələri ilə, Müsavat partiyası ilə, ADR ilə birlikdə vətəndaş cəmiyyətinin fəal üzvləri ilə birlikdə müzakirə aparıb və belə ortaq qənaətə gəlib ki, 1992-ci il ilin qanun layihəsi üzərində yeni alternativ bir layihə hazırlansın və ictiamiyyətə təqdim olunsun. Bu layihə də cəmiyyətin reaksiyası öyrənilsin metodiki yollarla. AXCP bu istiqamətdə fəaliyyətini davam etdirəcək. Mən düşünürəm ki, hökümət artıq ictimai rəyin və beynəlxalq ictimaiyyətin yeni qanun layihəsinə münasibətini nəzərə almalıdır.

Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının Təftiş Komissiyasının üzvü Elman Nəsirov Turan agentliyinə bildirib ki, "Siyasi partiyalar haqqında" qanunun qəbul edilməsindən 30 il vaxt keçib.

"Cəmi 4 fəsildən və 20 maddədən ibarət bu qanun o dövrünün reallıqlarını əks etdirirdi. 30 il keçib, Azərbaycanda artıq yeni reallıqlar yaranıb, yeni siyasi konfiqurasiya formalaşıb. Azərbaycan inkişaf dinamikasına adekvat "Siyasi partiyalar haqqında" yeni qanun qəbul edilməlidir".

Elman Nəsirov bildirib ki, qanun layihəsində təklif olunan partiya təsisçiləri 20 il daimi ölkədə yaşaması ilə bağlı müddəada təəccüblü heç nə yoxdur.

"Bu sənəd hazırlanarkən 20-dən çox ölkələrin təcrübəsi öyrənilib. Bununla bağlı Venesiya Komissiyasının 2010 və 2020-ci ildə irəli sürdüyü yanaşmaları əsas götürülüb. Ölkəyə yaşamaya-yaşamaya və ölkədə siyasi proseslərdən xəbəri olmaya-olmaya gəlib bir siyasi partiya yaradıb fəaliyyət göstərmək məntiqli deyil. Burada müddətin göstərilməsi anlaşılandır".

Deputat iki dəfə seçkilərdə ardıcıl olaraq iştirak etməyən siyasi partiyaların fəaliyyətinin dayandırılması müddəasına da münasibət bildirib.

"Bizim üçün yalançı say lazım deyil. Partiya fəaliyyətində əsas məsələlərdən biri hakimiyyət uğrunda mübarizədir. Varsansa, gücün, potensialın, arxanda sosial bazan varsa, zəhmət çək seçkilərdə iştirak et. İştirak etmirsənsə, onda niyə fəaliyyət göstərirsən? Kənardan suyu bulandırmaqla məşğul olmaqdan, hər şeyə ağız büzməkdən, tənqid etməkdən asan bir şey yoxdur".

Partiya rəsmisi hesab edir ki, partiyanı təsis edərkən 10 min üzvün olması ilə bağlı tələb çox önəmlidir.

"Bu deməkdir ki, 10 min və ondan artıq üzvü olan partiya ciddi siyasi qüvvəyə çevrilir və ölkənin ictimai-siyasi həyatında onun təsiri qabarıq şəkildə özünü göstərir. O partiyalar bundan qorxur ki, onların sosial bazası yoxdur," deputat qeyd edib.

Xatırlatma

Milli Məclisin rəsmi internet saytında "Siyasi Partiyalar haqqında" yeni qanun layihəsi dərc edilib.

Sənəd müxalifətdə olan siyasi partiyalar tərəfindən tənqidlə qarşılansa da, iqtidar partiyası onun demokratiyaya xidmət etdiyini bildirir.

Sənədə əsasən, dövlət qeydiyyatından keçən partiyaların azad fəaliyyəti təmin edilir. Qarşısına konstitusiya quruluşunun zorla dəyişdirilməsi və hakimiyyətin ələ keçirilməsi məqsədi qoyan, ölkənin ərazi bütövlüyünü pozan, kütləvi iğtişaşlara, terrorçuluğa, dini ekstremizmə çağırış edən, irqi, dini, cinsi, etnik ayrı-seçkilik və ədavəti, sağlamlığa və ətraf mühitə qarşı yönəlmiş hərəkətləri təbliğ edən siyasi partiyaların yaradılmasına yol verilmir. Dövlət qeydiyyatından keçməyən siyasi partiyaların fəaliyyət göstərməsinə icazə verilmir.

XS
SM
MD
LG