Accessibility links

ABŞ və Türkiyə Ukraynadakı vəziyyəti, Ermənistan-Azərbaycan sülh danışıqlarını müzakirə edib


ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan oktyabrın 2-də İstanbulda Türkiyə Prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalınla görüşərək Ukrayna ətrafında vəziyyəti, Kyievə dəstəyi, Ermənistan və Azərbaycan arasında sülh danışıqlarına dəstəyi, eləcə də Finlandiya və İsveçin NATO-ya qoşulması prosesini müzakirə edib.

Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

“Onlar Rusiyanın təcavüzü qarşısında Ukraynaya davamlı dəstəyi müzakirə ediblər, o cümlədən Rusiyanın Ukrayna ərazilərini qanunsuz ilhaq etmək cəhdlərini pisləyiblər,” məlumatda qeyd edilir.

“Cənab Sallivan Türkiyənin Ukrayna taxılının ixracını asanlaşdırmaqla qlobal ərzaq təhlükəsizliyini yaxşılaşdırmaq səylərinə və onun Ukrayna hərbi əsirlərinin, eləcə də Rusiya tərəfindən saxlanılan iki Amerika vətəndaşının azad edilməsi üçün diplomatik işinə görə təşəkkürünü bildirib,” açıqlamada deyilir.

“Onlar həmçinin regional təhlükəsizlik məsələlərini, o cümlədən Ermənistan və Azərbaycan arasında sülh danışıqlarına dəstəyi, Şərqi Aralıq dənizində fikir ayrılığının həlli üçün dialoq və diplomatiyanın vacibliyini, eləcə də Finlandiya və İsveçin NATO-ya üzvlüyü istiqamətində irəliləyişi müzakirə ediblər,” Ağ Evin məlumatında deyilir.

XS
SM
MD
LG