Accessibility links

Hadi Həmidi Şəfiq: “Qardaşımın harada və nə üçün saxlanıldığından xəbərsizik”


Mehdi Həmidi Şəfiq Təbrizdə etiraz aksiyalarında yaralanıb
Mehdi Həmidi Şəfiq Təbrizdə etiraz aksiyalarında yaralanıb

Mehdi Həmidi Şəfiqin sentyabrın 20-də təhlükəsizlik qüvvələri tərəfindən həbs edildikdən sonra Təbriz Mərkəzi Həbsxanasından ailəsi ilə cəmi bircə dəfə qısa telefon danışığı olub.

please wait

No media source currently available

0:00 0:07:26 0:00

Həbs edilən fəalın qardaşı Hadi Həmidi Şəfiq Amerikanın Səsinə onun necə həbs edildiyindən danışıb.

Hadi Həmidi Şəfiqin dediyinə görə, qardaşı 3 gün əvvəl Təbrizin Mərkəzi Həbsxanasından ailəsinə zəng edib, lakin o vaxtdan bəri ondan başqa heç bir zəng almayıblar. “Bu səbəbdən təhlükəsizlik qüvvələrinin onu yenidən Təbriz Həbsxanasından təcridxanaya köçürməsindən şübhələnirik”-deyə, o əlavə edib.

Həmidi Şəfiqin qardaşının dediyinə görə, Mehdi, xanımı Faizə ilə şəxsi avtomobilində evə qayıdarkən onu iki motosikletçi saxlayıb. Onun avtomobilini təqib edən bir başqa avtomobildən digər təhlükəsizlik qüvvələri əməkdaşları düşüb, onun maşınının pəncərəsini sındırıb, onu döyüb və daha sonra öz maşınlarına mindirərək, oradan uzaqlaşıblar.

Onun sözlərinə görə, təhlükəsizlik qüvvələrinin əməkdaşları Həmidi Şəfiqi saxladıqları zaman mədəni fəalın qışqırmaması üçün onun ağzını bağlayıb, həmçinin həyat yoldaşını maşından düşməməsi üçün hədələyiblər.

Siyasi məhbusun qardaşının dediyinə görə, Faizə xanım təhlükəsizlik əməkdaşlarının hədə-qorxularına baxmayaraq maşından düşərək, orada olan insanlardan kömək istəyib, lakin təhlükəsizlik qüvvələri dərhal Mehdi Həmidi Şəfiqi öz maşınlarına mindirib və sürətlə oranı tərk ediblər.

"Biz hadis' yerinə getdiyimiz zaman qardaşımın maşını yox idi və maşının təhlükəsizlik qüvvələri tərəfindən aparıldığını və ya oğurlandığını bilmədiyimiz üçün avtomobilin oğurlandığını polisə bildirdik," Hadi Həmidi Şəfiq deyib.

“Həbs olunduğunu həyat yoldaşının zəngi ilə öyrəndikdən sonra bütün təhlükəsizlik orqanları ilə, o cümlədən Kəşfiyyat Nazirliyi, İnqilab Keşikçiləri Korpusunun təhlükəsizlik qurumu və polislə əlaqə saxladıq, lakin bizə onun haqqında heç bir məlumat verilmədi. Amma nəhayət, bir neçə səfərdən sonra bildik ki, o, Sepah-ın kəşfiyyatının təcridxanasında saxlanılır. Nəhayət, üç gün əvvəl gecə saatlarında zəng edərək Təbrizin mərkəzi həbsxanasına köçürüldüyünü bizə dedi,” o əlavə edib.

Siyasi məhbusun qardaşı deyir ki, o zamandan bəri ailəsinə hələ də qardaşından zəng gəlməyib və onun həbsxanadan Kəşfiyyat İdarəsinin təcridxanasına köçürülməsi ehtimalı var.

Mehdinin qardaşı Həmidi Şəfiq ölkədəki ümummilli etirazlar zamanı qardaşının həbs olunmasının səbəbini şərh edərək deyib ki, “Mehdi sosiologiya üzrə təhsil alıb və Azərbaycanda ətraf mühitdən, Urmiyə gölündən tutmuş qadınlara qarşı ayrı-seçkiliyə qədər cəmiyyətin bütün problemlərindən yazır. Ona görə də İran hökuməti Mehdi kimi insanların bu kritik anlarda xalqın arasında olacağından qorxur.”

XS
SM
MD
LG