Accessibility links

ABŞ səfirliyi Amerikanın güləş üzrə elçilərinin Azərbaycana səfərini təşkil edib


ABŞ səfirliyi Amerikanın güləş üzrə elçilərinin Azərbaycana səfərini təşkil edib (Rəsmi foto)
ABŞ səfirliyi Amerikanın güləş üzrə elçilərinin Azərbaycana səfərini təşkil edib (Rəsmi foto)

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi Amerikanın güləş üzrə elçiləri Con Smit və Salli Robertsin sentyabrın 25-dən oktyabrın 3-dək Azərbaycana səfərinə sponsorluq edir. Bu səfər Azərbaycan Güləş Federasiyası və Azərbaycan Gənclər və İdman Nazirliyi ilə birlikdə ABŞ Dövlət Departamentinin İdman Elçisi Proqramı çərçivəsində həyata keçirilir.

ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatına görə, amerikalı məşqçilər Azərbaycanda olarkən təqdimatlar vasitəsilə gəncləri liderliyin əhəmiyyəti və müxtəlifliyə hörmətlə bağlı dialoqa cəlb edəcək. Elçilər idmanın karyera uğurunu və müsbət məşq sənətini gücləndirən liderlik bacarıqlarının inkişafına necə kömək etdiyini öyrədəcək. Onlar Bakıdan Astara, Gəncə və Şamaxıya gedərək gənclər və onların məşqçiləri üçün güləş üzrə təlimlər keçirəcək.

Con Smit 1987-1992-ci illərdə ardıcıl olaraq altı dünya çempionluğu, o cümlədən 1988-ci ildə Seulda və 1992-ci ildə Barselonada keçirilən Olimpiya Oyunlarında qızıl medallarını qazanıb. Bundan əlavə, o, Kovboyların baş məşqçisi kimi beş milli çempionatın qalibidir.

Salli Roberts keçmiş elit güləşçi və döyüş üzrə veterandır. Həyatda lider olmaq üçün güləş idmanından istifadə edən qız və qadınları gücləndirən Wrestle Like A Girl® şirkətinin təsisçisi və baş direktorudur.

Salli səkkiz il Kolorado Sprinqs Olimpiya Təlim Mərkəzinin üzvü olub və həmən müddət ərzində o, Üçqat Milli Çempion, Dünya Kuboku Çempionu, İkiqat Dünya Bürünc Mükafatçısı və Olimpiya Alternativi olub. O, Əfqanıstana göndərilmək üçün könüllü olaraq orduda Xüsusi Əməliyyatlar əsgəri kimi altı il xidmət edib. Salli həm də Ordunun nüfuzlu dünya səviyyəli Atlet Proqramının üzvü olub və elit atletika yarışlarında həm ABŞ Ordusunu, həm də ABŞ Komandasını təmsil edib. Salli Birləşmiş Dünya Güləş İdmanını İdarəetmə Orqanı və Beynəlxalq Olimpiya Komitəsi adından 2016-cı il İdmanda Qadınlar Mükafatının laureatı olub və 2018-ci ildə ABŞ Güləşi üzrə "İlin Qadını" seçilib.

XS
SM
MD
LG