Accessibility links

Almaniyadan deportasiya edildikdən sonra həbs edilən fəalın atası: "Mən Azərbaycanda məhkəmə sistemində ədalət gözləmirəm"


Almaniyadan deportasiya edildikdən sonra həbs edilən fəalın atası: "Mən Azərbaycanda məhkəmə sistemində ədalət gözləmirəm"
please wait

No media source currently available

0:00 0:02:11 0:00

Sentyabrın 26-da Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı (AXCP) Pünhan Kərimlinin 6 il həbsə məhkum edilməsindən verilən şikayət üzrə ilkin baxış iclası keçirilib.

Almaniyadan Bakıya deportasiya olunandan sonra həbs edilən AXCP fəalı Bakı Ağır Cinayətlər məhkəməsinin qərarı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. O, narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunur.

Bugünkü məhkəmə iclasında vəkil tərəfindən verilən vəsatətlərin heç biri qəbul edilməyib. Hüquq müdafiəçisi Zəfər Əhmədov məhkəmə iclasında iştirak edib:

"Ev dustaqlığına buraxılması, kamera görüntülərinin əldə olunması haqqında vəsatətlərə isə məhkəmənin gedişatında baxılacaq. Amma o 234.4.3 verilməsi üçün hər kəs bilir ki, hansı əsaslar lazımdır, o əsasların heç biri bu işdə yoxdur. Və hətta onun işgəncə altında verdiyi onların əlindəki dırnaqarası sübuta göstərilir ki, şəxsi istifadə üçün alınmışdı".

Fəalın atası Vahid Kərimov isə məhkəmə proseslərinin şəffaflığından narazılığını bildirib: "Mən Azərbaycan Respublikasında məhkəmə sistemində ədalət gözləmirəm".

Hüquq müdafiəçisi Əbülfət Sadıqlı AXCP fəalının həbsinin siyasi sifariş olduğunu bildirib:

"Apelyasiya Məhkəməsinin ilkin baxış iclasında mən müşahidə elədim ki, hakim yenə də haqlı tələbləri və vəsatətləri qəbul etməkdən imtina etdi. Bu da onu göstərir ki, hakimdən ədalət gözləməyə ehtiyac yoxdur".

Növbəti məhkəmə prosesi 3 oktyabr saat 11:00-a təyin olunub.

Pünhan Kərimli 2018-ci ilin oktyabrında Almaniyaya mühacirətə gedib. O, mühacirətdən öncə AXCP fəalı kimi etiraz aksiyalarında iştirak etdiyi üçün təqiblərə məruz qaldığını və bu səbəbdən ölkəni tərk etməyə məcbur olduğunu bildirib. 2021-ci ilin noyabrında Kərimli Azərbaycana geri göndərilib və 2022-ci il yanvarın 25-də saxlanılıb.

XS
SM
MD
LG