Accessibility links

Azərbaycan Xalq Cəbhəsi Partiyası sentyabrın 30-da aksiya keçirəcəyini bildirib


AXCP-nin bayraqları (Arxiv foto)
AXCP-nin bayraqları (Arxiv foto)

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sentyabrın 30-da Milli Məclisin binası qarşısında aksiya keçirəcək. Aksiyasnın təşkilatçıları AXCP Rəyasət Heyətinin üzvləri Nurəddin Məmmədli, Vahid Məhərrəmli, İlham Hüseyn və Saqif Qurbanovdur.

Aksiyanın təşkilatçılarından Vahid Məhərrəmli Amerikanın Səsinə deyib ki, aksiyanın keçiriləcəyi ilə bağlı sentyabrın 21-də Bakı şəhər İcra Hakimiyyətinə xəbərdarlıq mıəktubu təqdim ediblər. Amma məktublarına hələ cavab verilməyib.

Vahid Məhərrəmli bildirib ki, aksiya siyasi partiyalar haqqında yeni mürtəce qanun layihəsinə etiraz, siyasi məhbuslara azadlıq, azad seçki, ölkədə demokratik dəyişikliklər, sərhədlərin açılması və Rusiyada yaşayan soydaşların təcili olaraq vətənə qayıdışının təşkil edilməsi tələbi ilə keçiriləcək.

Rəsmi qurumlar AXCP-nin aksiya təşəbbüsünə və tələblərinə hələ münasibət bildirməyib.

XS
SM
MD
LG