Accessibility links

Azərbaycan-Türkiyə səhiyyə biznes forumu və sərgisi açılıb


Azərbaycan-Türkiyə səhiyyə biznes forumu və sərgisi (Rəsmi foto)
Azərbaycan-Türkiyə səhiyyə biznes forumu və sərgisi (Rəsmi foto)

Sentyabrın 22-də Bakıda "Azərbaycan-Türkiyə səhiyyə biznes forumu və sərgisi" açılıb. Biznes forum və sərgi iki gün davam edəcək.

Səhiyyə Nazirliyinin məlumatına görə, Azərbaycanın səhiyyə naziri Teymur Musayev bildirib ki, ilk dəfə təşkil olunan "Azərbaycan-Türkiyə səhiyyə biznes forumu və sərgisi" qardaş ölkələr arasındakı münasibətlərin inkişafına ən yüksək səviyyədə verilən dövlət dəstəyinin növbəti təzahürüdür.

Nazir qeyd edib ki, bu gün Azərbaycan Tibb Universiteti Türkiyənin 20-ə yaxın universiteti ilə əməkdaşlıq edir.

"Tibb təhsili sahəsində qarşılıqlı əməkdaşlığımızın bir göstəricisi də odur ki, hazırda 700-dən çox Türkiyə vətəndaşı Azərbaycan Tibb Universitetində ali tibbi təhsil alır".

Azərbaycan-Türkiyə səhiyyə biznes forumu və sərgisi açılıb (Rəsmi foto)
Azərbaycan-Türkiyə səhiyyə biznes forumu və sərgisi açılıb (Rəsmi foto)

Teymur Musayev səhiyyə biznes forumu və sərgisinin Türkiyə biznes subyektlərinin Azərbaycanın səhiyyə sektoruna artan investisiya maraqlarına xidmət edəcəyinə ümidvar olduğunu bildirib.

Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib ki, iki dövlət arasında tibb sahəsində əlaqələr yüksələn xətlə davam edir.

"Bu sahədə görüləcək işlərimiz hələ çoxdur. Türkiyənin səhiyyə sahəsində birgə biznes forumunun keçirilməsində zəngin təcrübəsi var. Forumda təmsil olunan ölkələrin özəl tibb şirkətləri, həmçinin səhiyyədə maliyyə mexanizminin təkmilləşdirilməsi və investisiya imkanları müzakirə olunur" , o qeyd edib.

XS
SM
MD
LG