Accessibility links

BMT Baş katibi qlobal ərzaq və iqlim böhranı ilə mübarizəyə cağırıb


BMT-nin baş katibi Antonio Quterreş çərşənbə axşamı liderləri birləşməyə və "qarışıqlıqlarla dolu" dünyanın problemlərini həll etmək üçün hərəkətə keçməyə çağırıb.

"Biz dalğalı dənizlərdəyik; Qlobal narazılıq qışı üfüqdədir", o, BMT Baş Assambleyasında prezidentlərin, baş nazirlərin və digər rəsmilərin illik bir həftəlik toplantısının açılışında deyib.

O,"yaşayış xərcləri böhranı davam edir. Güvən sarsılır. Bərabərsizliklər partlayır. Planetimiz yanır" - deyə, xəbərdarlıq edib.

Rusiya fevralın 24-də Ukraynanı işğal etdikdən sonra onun gübrə ixracına kvota qoyub.

Rusiya dünyanın ən yaxşı ixracatçılarından biridir və onun yaratdığı çatışmazlıqlar beynəlxalq bazarlarda kəskin qiymət artımlarına gətirib çıxarıb və bu, bəzi kiçik fermerlər üçün əlçatmaz olub, onlar məhsullarını kəskin şəkildə azaltmaq potensialına malikdir.

"İndi tədbir görülməsə, qlobal gübrə çatışmazlığı sürətlə qlobal ərzaq çatışmazlığına çevriləcək" - deyə, Quterreş bildirib.

O, rus gübrələrinin və onların inqrediyentlərinin, o cümlədən ammonyakın ixracına bütün qalan maneələri aradan qaldırmağa çağırıb.

O, "bu məhsullar sanksiyalara məruz qalmamalıdır və biz dolayı təsirlərin aradan qaldırılmasında irəliləyiş əldə etməliyik" deyyib.

Rusiyanın ərzaq və gübrə ixracına qarşı Qərb sanksiyaları olmasa da, Moskva bunun olduğunu iddia edir.

İyulun 22-də İstanbulda imzalanmış saziş milyonlarla ton Ukrayna taxılının beynəlxalq bazarlara çıxarılmasına yardım edib və Rusiya taxıl və gübrəsinin yükgöndərənləri, sığortaçıları və alıcıları arasında inam yaratmağa çalışır ki, onlar işğaldan əvvəlki səviyyədə davam etsinlər.

Baş katibin ən sərt sözləri sürətlə istiləşən planet lə bağlı olub.

"İqlim böhranı dövrümüzün həlledici məsələsidir. Bu, hər bir hökumətin və çoxtərəfli təşkilatın birinci prioriteti olmalıdır" , Quterreş bildirib.

O, liderlərin daha çox işlər görməsi üçün qlobal ictimai dəstəyin olmasına baxmayaraq, iqlimlə bağlı fəaliyyətin beynəlxalq gündəmin arxasına keçməsindən narahatdır.

İstixana qazları emissiyaları rekord səviyyədə artmaqdadır və o, 2050-ci ilə qədər xalis sıfır hədəfinə çatmaq və hər hansı bir ümidə sahib olmaq üçün 2030-cu ilə qədər istixana qazlarının 45% azaldılmasının lazım olduğunu deyib.

XS
SM
MD
LG