Avropa İttifaqında avqust ayında çörəyin qiyməti keçən illə müqayisədə təxminən 20 faizə qədər artıb. Bahalaşmaya səbəb əsas taxıl və gübrə ixracatçıları olan Rusiyanın qonşusu Ukraynaya hərbi müdaxiləsi ilə bağlı qlobal bazarın pozulmasıdır.
Müharibə Qara dənizdən taxıl ixracını aylarla dayanmasına səbəb olub. Digər tərəfdən Rusiya istehsalçılarının nitrat gübrəsinin əsas tərkib hissəsi olan ammonyak daşımaq üçün istifadə etdikləri Baltik dənizi limanlarına da çıxışını itirməsi gübrə daşımalarını məhdudlaşdırıb. Bu səbəblə fevral ayından etibarən taxılın qiymətində artım müşahidə olunub.
Aİ-də statistikaları tərtib edən Eurostat idarəsinin bazar ertəsi verdiyi məlumata əsasən avqusta ayında çörəyin qiyməti bir il əvvəllə müqayisədə 18% bahalanıb. Bu isə 2017-ci ildən bəri müşahidə edilən ən yüksək artımdır.
İttifaq ölkələrindən Litva və Macarıstan çörək qiymətlərinin ən çox bahlandığı ölkələrdir. Belə ki, bu ölkələrdə müvafiq olaraq qiymətlər 66% və 33% qalxıb. Ən aşağı göstərici isə 8% olmaqla Fransada, Hollandiya və Lüksemburqda isə 10% qeydə alınıb.
Rusiyanın fevralda Ukryanaya hərbi müdaxiləsi başlamasından sonra Aİ-da çörəyin qiyməti orta hesabla 8,3% bahalanıb.
Avqusta ayında çörək və dənli bitkilərin ümumi qiymətlərinin orta hesabla 16,6% bahalandığı bildirirlir. Bu da 1997-ci ilin yanvarından bəri qeydə alınmış ən yüksək artımdır.
Eyni zamanda, avqust ayında Avrozonada enerji və ərzaq qiymətlərinin kəskin artımı nəticəsində inflyasiyanın rekord həddə çataraq 9,1% təşkil etdiyi bildirilir.