Accessibility links

Barəsində 4 ay həbs qətimkan tədbiri seçilmiş Elçin Sadıqov aclıq aksiyası keçirir


Elçin Sadıqovun vəkili İrada Cavadova
Elçin Sadıqovun vəkili İrada Cavadova

Sentyabrın 16-da Bakı Apellyasiya Məhkəməsində vəkil Elçin Sadıqovun keçirilməli olan məhkəmə iclası keçirilib. O, külli miqdarda rüşvət almaqda köməkçilik etməkdə ittiham olunur.

Prosesdə apellyasiya şikayəti hakimlərə təqdim edilib. Elçin Sadıqovun vəkili İradə Cavadova iki vəsatət qaldırdığını və həmin vəsatətlərin hakim tərəfindən qəbul edildiyini bildirib:

"Elçin Sadıqovun bizimlə birlikdə zalda sərbəst şəkildə əyləşməsi ilə bağlı vəsatət vermişdim. Digər vəsatət isə onun vəkilləri ilə konfidensial görüşünün təmin edilməsi ilə bağlı idi. Hər iki vəsatət təmin edildi. Vəkilləri olaraq, biz Elçin Sadıqovla söhbət edə bildik. Məhkəmə müdafiə tərəfinə, Elçin Sadıqovun çıxışına diqqətlə yanaşdı. Bəzi səbəblərdən məhkəmə iclası yekunlaşmadı. Ümid edirik ki, növbəti iclasda məhkəmə tərəfindən ədalətli qərar veriləcək".

Vəkil İradə Cavadova eyni zamanda hazırda Elçin Sadıqovun aclıq aksiyası keçirdiyini bildirib:

"Sentyabr 10-dan Elçin Sadıqov aclıq aksiyasına başlayıb. İki gündür ki, sudan da imtina edib. Səhhəti hələ ki yaxşıdır. Özü də məhkəmə iclasında iştirak etdi".

Məhkəmə iclasında iştirak edən hüquq müdafiəçisi Rəsul Cəfərov bildirib ki, hakimlər iş materialları ilə tanış olmaları üçün prosesi təxirə salınıb:

"Şikayət həm bütün vəkillər, həm də Elçin Sadıqov tərəfindən müdafiə olundu. Sadəcə iş materialları məhkəmə kollegiyasının əlində olmadığına görə, onlar əlavə vaxta ehtiyac olduğunu bildirdilər".

Məhkəmə ayın 17-si saat 14:00-a təyin edilib.

Sentyabrın 11-də Bakının Binəqədi rayon Məhkəməsi jurnalist Əvəz Zeynallı və vəkil Elçin Sadıqov barəsində 4 ay müddətində həbs qətimkan tədbiri seçib.

Onlar külli miqdarda rüşvət almaqda köməkçilik maddəsi ilə ittiham olunurlar. Əvəz Zeynallı və Elçin Sadıqov ittihamları qəbul etməyib.

XS
SM
MD
LG