Accessibility links

"Novaya Qazeta" son media lisenziyasından məhrum edilib


Moskva rayon məhkəməsinin "Novaya Qazeta" qəzetini və onun üç ay əvvəl təsis etdiyi "Net" (Yox) jurnalını qadağan etməsindən bir neçə gün sonra Rusiya Ali Məhkəməsi "Novaya Qazeta"nın onlayn versiyasını da ləğv edib.

Mediaya nəzarət orqanı Rozkomnadzor "Novaya Qazeta"nın internet versiyasını "xarici agentlər"ə qoyulan məhdudiyyətləri dəfələrlə pozmaqda ittiham edib.

Qəzetin tənqidi xəbərləri dəstəkləmək səylərinə görə Nobel Sülh Mükafatına layıq görülmüş baş redaktoru Dmitri Muratov məhkəmənin qərardan qəzəbləndiyini bildirib.

O, Roskomnadzora müraciət edərək, "Siz başa düşürsünüz ki, sizin tələbiniz 30 illik tarixi olan "Novaya Qazeta" qəzetini məhv edəcək? Belə görünür, bunu edirsiniz" deyib.

"Sizin etdikləriniz qətldir. Siz yüzlərlə insanı işdən, oxucudan məhrum edirsiniz. Mart ayında onların sayı 27 milyon idi, onları məlumat almaq hüququndan məhrum edirsiniz", deyib Muratov.

Daha sonra məhkəmə qarşısında çıxış edən Muratov Ali Məhkəmənin apellyasiya kollegiyasına şikayət edəcəyini bildirib.

Mərhum Sovet lideri Mixail Qorbaçovun Nobel Sülh Mükafatının pulu ilə 1993-cü ildə yarandığı gündən bəri Rusiyanın media səhnəsinin möhkəm dayağı olan qəzet hətta mətbuat azadlığı boğulsa belə, Rusiyanın aparıcı araşdırma xəbər orqanı kimi fəaliyyət göstərirdi.

Mart ayında Ukraynadakı münaqişənin işıqlandırılmasına ciddi senzura tətbiq edildikdən sonra yeni qanunları pozduğuna görə xəbərdarlıq alan qəzet Rusiyadakı fəaliyyətini dayandırıb.

Muratov hökmü "informasiya soyqırımı" adlandırıb və bildirib ki, bu, araşdırmalar aparılmasını xeyli çətinləşdirəcək, belə ki, jurnalistlər artıq hökumət orqanlarından məlumat ala bilməyəcəklər.

Qəzet əməkdaşlarından bəzilərinin Avropada yaratdıqları online nəşrinin də Rusiyada yayımlanmasına blok qoyulub.

XS
SM
MD
LG