Accessibility links

Vəkil Elçin Sadıqovun apellyasiya məhkəməsi təxirə salınıb

Sentyabrın 15-də Bakı Apellyasiya Məhkəməsində vəkil Elçin Sadıqovun keçirilməli olan məhkəmə iclası təxirə salınıb. O, külli miqdarda rüşvət almaqda köməkçilik etməkdə ittiham olunur.

Prosesdə iştirak edən vəkil İradə Cavadovanın sözlərinə görə, Elçin Sadıqov məhkəmə prosesində iştirak etməyib. Səbəb olaraq vəkilin Baş Prokurorluqda yenidən dindirilməsi əsas gətirilib: "Elçin Sadıqovu məhkəmə iclasına gətirməmişdilər. Buna görə fasilə də elan edə bilmədilər. Çünki məlum deyildi 6-nın yarısı gələcək, ya gəlməyəcək".

Zibeydə Sadıqova, vəkil Elçin Sadıqovun həyat yoldaşı.
Zibeydə Sadıqova, vəkil Elçin Sadıqovun həyat yoldaşı.

Məhkəmə iclasında Elçin Sadıqovun həyat yoldaşı Zibeydə Sadıqova da iştirak edib. O qeyd edib ki, hələ də Elçin Sadıqovla görüşə bilməyib: "Prokurorluq əməkdaşları bizim hüquqlarını müdafiə etdiyimiz başqa şəxslərlə bağlı sənədləri bizə geri qaytarmayıblar. Elçin Sadıqovun müdafiə etdiyi şəxslər var. Onlar soruşurlar ki, vəziyyət necə olacaq, Elçin nə zaman qoşulacaq. Biz də gözləyirik".

Vəkil Elçin Sadıqova dəstək nümayiş etdirmək üçün Bakı Apellyasiya Məhkəməsinin önünə toplaşan insanlar. (15 sentyabr, 2022)
Vəkil Elçin Sadıqova dəstək nümayiş etdirmək üçün Bakı Apellyasiya Məhkəməsinin önünə toplaşan insanlar. (15 sentyabr, 2022)

Elçin Sadıqovun müdafiəsinə qoşulan vəkillərdən Nemət Kərimli isə bildirib ki, dindirilmənin nə ilə bağlı olduğu ilə bağlı hələki bir məlumatları yoxdur: "Məhkəmə təxirə salındı, çünki hüquqlarını müdafiə etdiyimiz şəxslə bağlı istintaq hərəkətləri davam etdirilir. Əslində istintaq tərəfi bilirdi ki, bu gün həbs qəti imkan tədbirindən verilmiş apellyasiya şikayətinə baxılacaq, onlar istintaq hərəkəti aparmamalı idilər".

Məhkəmə ayın 16-sı saat 15:00-a təyin edilib.

Sentyabrın 11-də Bakının Binəqədi rayon Məhkəməsi jurnalist Əvəz Zeynallı və vəkil Elçin Sadıqov barəsində 4 ay müddətində həbs qəti imkan tədbiri seçib.

Rəsmi məlumata görə, toplanmış ilkin sübutlara əsasən Zeynalov Əvəz 311.3.3-cü və Sadıqov Elçin Cinayət Məcəlləsinin 32.5, 311.3.3-cü (külli miqdarda rüşvət almaqda köməkçilik) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə onlara həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmiş və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə hüquqi əhəmiyyət kəsb edən bütün halların tam, hərtərəfli və obyektiv araşdırılması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Əvəz Zeynallı və Elçin Sadıqov ittihamları qəbul etməyib.

XS
SM
MD
LG