Accessibility links

Avropa ittifaqı İttifaqı Azərbaycan və Ermənistan arasında əldə olunmuş atəşkəsi alqışlayır


Avropa ittifaqı İttifaqı Azərbaycan və Ermənistan arasında əldə olunmuş atəşkəsi alqışlayır

Avropa İttifaqı Azərbaycan və Ermənistan arasında əldə olunmuş atəşkəsi alqışlayır.

Bu barədə Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrellin mətbuat katibi Peter Stano twitter-də bildirib.

“Aİ Ermənistan və Azərbaycan arasında dünən saat 20:00-da qüvvəyə minmiş atəşkəs haqqında razılaşmanı alqışlayır. Atəşkəs rejiminə indiyə qədər riayət edildiyini bildirən yerli xəbərlər bizi ruhlandırır.

Biz tərəfləri onun icrasını davam etdirməyə və hərbçi meyitlərinin təhvil verilməsi kimi humanitar addımları koordinasiya etməyə çağırırıq.

O qeyd edib ki, Aİ-nin xüsusi nümayəndəsi Toivo Klaar Borrellin tapşırığına əsasən, dünən Bakıda və bu gün Yeravanda yüksək səviyyəli məsləhətləşmələr aparır.

“Aİ Ermənistan və Azərbaycan arasında normallaşma prosesində Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel vasitəsilə ən yüksək səviyyədə fəal iştirak edir”, - Peter Stanonun bəyanatında qeyd olunur.

Xatırlatma

Sentyabrın 12-də Azərbaycan-Ermənistan sərhədinin bəzi istiqamətlərində döyüşlər qeydə alınıb. Tərəflər döyüşlərin başlanılmasında bir-birini günahlandırır.

ABŞ dövlət katibi Antoni Blinken hər iki tərəfi "bütün hərbi əməliyyatları dərhal dayandırmağa" çağıraraq, münaqişənin hərbi yolla həllinin olmadığını bildirib.

Dövlət katibi Blinken sentyabrın 12-də Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla ayrı-ayrı telefon söhbəti zamanı

Ermənistan-Azərbaycan sərhədində gərginliyi müzakirə edib və ABŞ-ın hərbi əməliyyatları dərhal dayandırmağa çağırdığını qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG