Accessibility links

Vəkil Elçin Sadıqovla görüşüb


Elçin Sadıqov
Elçin Sadıqov

Vəkil Şəhla Hümbətova Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Təcridxanasında saxlanılan vəkil Elçin Sadıqovla görüşüb.

Bu barədə vəkil Şəhla Hümbətova Amerikanın Səsinə deyib.

O bildirib ki, hüquqlarını müdafiə etdiyi Sadıqovun saxlanma şəraitindən şikayəti yoxdur.

Sentyabrın 11-də Bakının Binəqədi rayon Məhkəməsi jurnalist Əvəz Zeynallı və vəkil Elçin Sadıqov barəsində 4 ay müddətində həbs qəti imkan tədbiri seçib.

Rəsmi məlumata görə, toplanmış ilkin sübutlara əsasən Zeynalov Əvəz 311.3.3-cü və Sadıqov Elçin Cinayət Məcəlləsinin 32.5, 311.3.3-cü (külli miqdarda rüşvət almaqda köməkçilik) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə onlara həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmiş və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə hüquqi əhəmiyyət kəsb edən bütün halların tam, hərtərəfli və obyektiv araşdırılması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Əvəz Zeynallı və Elçin Sadıqov ittihamları qəbul etmir.

XS
SM
MD
LG