Accessibility links

Azərbaycan prezidenti Səmərqənddə Vladimir Putinlə görüşəcək


İlham Əliyev (Foto president.az saytınındır)
İlham Əliyev (Foto president.az saytınındır)

Sentyabrın 15-də prezident İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirak etmək üçün Özbəkistanın Səmərqənd şəhərinə gedib.

Sammit çərçivəsində Əliyev bir sıra ikitərəfli görüşlər keçirəcək.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, İlham Əliyevin Vladimir Putinlə görüşünün əsas mövzusu Azərbaycan-Ermənistan sərhədindəki vəziyyət olacaq. Onun sözlərinə görə, görüş sentyabrın 16-da olacaq. Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə yaradılıb.

Şanxay Əməkdaşlıq Təşkilatına Hindistan, Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Tacikistan, Pakistan və Özbəkistan daxildir.

Əfqanıstan, Belarus, İran və Monqolustan müşahidəçi ölkələr statusuna malikdir. Tərəfdaşlar Azərbaycan, Ermənistan, Kamboca, Nepal, Türkiyə və Şri-Lankadır.

XS
SM
MD
LG