Accessibility links

Vahid məktəbli forması qərarı olsa da, təklifdə çatışmazlıq var


Vahid məktəbli forması qərarı olsa da, təklifdə çatışmazlıq var
please wait

No media source currently available

0:00 0:02:50 0:00

Nazirlər Kabinetinin bu ilin mart ayında verdiyi qərara əsasən, məktəblilər vahid forma geyinməlidirlər. Yeni formaların satışa çıxarılmasına baxmayaraq, valideynlərin bir çoxu məktəbli forması əldə edə bilməyiblər.

Bu səbəbdən valideynlər Bakı Tikiş Evinin qarşısına toplaşaraq şagird geyimləri tələb edirlər:

"Axı belə olmaz. Filiaların da bir çoxunu bağlayıblar. Müəyyən yerlərdə var, onlar da çox güman toplu şəkildə alıblar, indi baha satırlar. 1 koftanı 30 manata qoyublar. Forma olası idisə əgər, 3 ay əvvəldən tikilməyə başlanmalı idi. Məktəblər açılıb, indi forma tikməyə başlayıblar. Ya da ki, işçi qüvvəsini artıraydılar, normal tikiş olardı. Camaat da istədiyi kimi alardı. Çox əziyyət çəkir valideynlər. Həm uşaqlar, həm valideynlər.."

Valideynlər qiymətlərinin yüksək olmasından, geyimlərin övladlarının ölçülərinə uyğun gəlməməsindən, keyfiyyətinin aşağı olmasından da şikayət ediblər:

"Qiymət başqa yerlərə nisbətən burda aşağıdır, amma onsuz da bunların keyfiyyəti yoxdur. Sadəcə məcburiyyətdən alırıq. Sayını çatdıra bilməyəcəkdilərsə çıxartmazdılar. Bütün Bakı, Azərbaycan bu vəziyyətdədir. Mənim uşağım burda dayana bilmir. Əgər çatdıra bilmirlərsə, eləməsinlər, gələn il eləsinlər. Deyirlər, məcburi deyil. Mən baxıram ki, sinifdə 30 uşaq var, bunun 28i geyinir. Niyə də mənim uşağım geyinməsin? Onsuz da mən bunu almalıyam"

Bakı Tikiş Evinin (BTE) satış şöbəsinin müdiri Etibar Əzimov bildirib ki, hər gün təxminən 1500 ədəd məktəbli forması istehsal edilərək satışa buraxılır. Onun sözlərinə görə, həm keyfiyyət, həm də qiymət olaraq ən münasib məktəbli geyimləri Bakı Tikiş Evində istehsal olunur. Bu səbəbdən, əksər valideynlər bura üz tutur və nəticədə geyim çatışmazlığı yaşanır:

“Milyonluq şagird ordusunu 1 fabrik heç cür təmin edə bilməz. İstəsək də bunu edə bilmərik. Çünki əsas işimiz hərbi formalarıdır, onun istehsalı vacibdir dövlət üçün. Çox gec qərar verildi, bütün bu parçalar burda istehsal olunmur. Əvvəldən bilinsəydi daha çox parça sifariş edərdik, daha çox tikə bilərdik. "

Bakı Tikiş Evində məktəbli formaları avqustun 17-dən satışa çıxarılıb.

Müvafiq qərara əsasən, məktəblər üçün nəzərdə tutulmuş 4 rəngdə (tünd-göy, tünd-boz, qəhvəyi-yaşıl (xaki), açıq-qəhvəyi) geyim formasının nümunəsi təklif olunub.

XS
SM
MD
LG