Accessibility links

AXCP fəalı həbs edilib


Mehdi Əsədov (Fotonu AXCP təqdim edib)
Mehdi Əsədov (Fotonu AXCP təqdim edib)

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Masallı Şəhər (Bakıdan 260 kilometr cənub) təşkilatının fəalı Mehdi Əsədov inzibati qaydada 30 sutka müddətinə həbs olunub.

Partiyadan Amerikanın Səsinə bildiriblər ki, Əsədov sentyabrın 13-də öz evində polis tərəfindən saxlanılıb.

"Dünən polis şöbəsinin əməkdaşları AXCP Masallı Şəhər dayaq dəstə sədri Mehdi Əsədovun evinə gələrək əvvəlcə onun telefonunu tapıb götürüblər, sonra özünü zorla polis şöbəsinə aparıblar. Bir neçə saatdan sonra o, məhkəməyə aparılıb və İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisin qanuni tələbinə tabe olmamaq) maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 30 sutka müddətinə həbs olunub" , AXCP-dən deyiblər.

Partiya hesab edir ki, Əsədov sosial şəbəkələrdə tənqidi nəşrlərinə görə həbs olunub.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

XS
SM
MD
LG