Accessibility links

Təbrizdə şair Əsgər Saipur qısa müddət nəzarətə alınıb


Əsgər Saipur
Əsgər Saipur

Güneyli şair Əsgər Saipur Təbrizdə təhlükəsizlik qüvvələri tərəfindən qısa müddət nəzarətə alınaraq dindirilib.

Bölgədə fəaliyyət göstərən hüquq müdafiəçilərinin yaydığı məlumata görə, o, sentyabrın 5-də Təbrizdə təhlükəsizlik qüvvələri tərəfindən şəxsi evində saxlanılıb və Təbrizin Kəşfiyyat İdarəsinin təcridxanasına köçürülüb.

Dalğa Ucanlı təxəllüslü güneyli şair Əsgər Saipur təhlükəsizlik qüvvələrinin təcridxanasında bir gün müddətində saxlanılaraq sorğu-sula çəkilib. Milli fəalın bir gün nəzarətə alındıqdan sonra müvəqqəti olaraq buraxıldığı qeyd olunub.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyinin saytında dərc olunan məlumata görə, kəşfiyyat qüvvələri Əsgər Saipuru nəzarətə aldıqları zaman evində axtarış aparıb onun şəxsi əşyalarını, o cümlədən kompüter, cib telefonu və əlyazmalarını müsadirə ediblər.

Sosial mediada yayımlanan məlumata görə, milli fəal bir neçə ay öncə təhlükəsizlik qüvvələri tərəfindən telefon vasitəsilə Təbrizin Kəşfiyyat İdarəsinə çağırılmışdı, lakin o, bunu qəbul etməkdən imtina etmişdi.

Milli fəala qarşı irəli sürülən ittihamlar və tutulma səbəbləri barədə hələ heç bir məlumat yoxdur.

XS
SM
MD
LG