Accessibility links

Əlirza Fərşi məhkəməyə qaytarılır


Göz buynuz qişası əməliyyatı hazırda tibbi sığortada olan siyasi məhbus Əlirza Fərşi məhkəməyə çağırılıb. Əlirza Fərşi məhkəmə bildirişinin surətini öz şəxsi İnstaqram paylaşıb.

Məhkəmənin elektron bildirişi sentyabrın 4-də göndərilib.

Əlirza Fərşi məhkəmə bildirişinin surətini öz şəxsi İnstaqram səhifəsində paylaşıb. Məhkəmə hökmələrinin icra şöbəsindən göndərilən bildiriş Əlirza Fərşinin tibbi məzuniyyətinin bitdiyi və beləliklə həbsxanaya qayıtmalı olduğu ilə əlaqələndirilir.

insan haqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyi Əlirza Fərşinin Evin Prokurorluğunun 1-ci şöbəsi tərəfindən çağırılması xəbərini dərc edərək, məzuniyyətinin bitdiyini və həbs cəzasının qalan hissəsini çəkmək üçün həbsxanaya qayıtmalı olduğunu açıqlayıb.

Fərşi buynuz qişası əməliyyatı keçirmək zərurətindən dolayı yanvarın 9-dan məzuniyyətə çıxıb və müalicə prosesinin başa çatması üçün məzuniyyət müddəti bir neçə dəfə uzadılmışdı. O, həmçinin həbsdə olduğu müddətdə ona qarşı qaldırılan fərqli iddialardan mühakimə olunaraq həbs cəzasına məhkum edilib.

2020-ci il iyulun 21-də təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan zaman döyülməsi nəticəsində onun gözü zədələnmişdi, həbsxanada sağlamlıq və müalicə müəssisələri olmadığından göz xəstəliyi həbsdə olduğu müddətdə daha da pisləşmişdi.

Ötən ilin iyulunda 18 insan haqları təşkilatı, o cümlədən Təmsil olunmayan Millətlər və Xalqlar Təşkilatı (UNPO) bəyanat yayaraq onun həbsdən qeyd-şərtsiz azad edilməsini və səhhəti ilə bağlı lazımı tədbirlərin görülməsini tələb etmişdi.

Şərqi Azərbaycan vilayətində yerləşən Mərənd şəhərində anadan olan 44 yaşılı türk dil haqları fəalı Əlirza Fərşi Tehranın Şərif Texnologiya Universitetində kompüter mühəndisliyi üzrə magistr dərəcəsi alıb.

XS
SM
MD
LG