Accessibility links

Məhəmməd Rəhmanifər: İran höküməti məcbur edilməsə Urmiyə gölünü canlandırmayacaq


Məhəmməd Rəhmanifər
Məhəmməd Rəhmanifər

İran ətraf mühit mühafizəsi təşkilatının rəsmisi Arzu Əşrəfizadə Urmiyə gölünün su haqqının təmin edilmədiyi təqdirdə gölün yaxında tamamən quruyacağını ifadə edib.

Məhəmməd Rəhmanifər: Urmiyə gölü ilə əlaqədar etirazlar davalı olmalıdır
please wait

No media source currently available

0:00 0:13:06 0:00
Direct link

Amerikanın Səsinə danışan siyasi fəal və yazar Məhəmməd Rəhmanifər deyir ki, İran İslam Respublikası ciddi etirazlar nəticəsində məcbur edilmədikcə Urmiyə gölünü xilas etməyəcək.

İran İslam Cümhuriyyəti məcbur edilməsə Urmiyə gölünü canlandırmayacaq. Yəni, millət tərəfindən ictimai basqılar o qədər ola ki, ölkənin təhlükəsizliyi təhdid altında ola. Belə olmasa, dövlət ciddi bir addım atmayacaq.

“İndiki şəraitdə biz necə inana bilərik ki, Urmiyə gölünü canlandırmağa dair gerçək bir siyasət var. Bu var ki, bunlar öz aralarında layihələr müəyyənləşdiriblər ki, bunları ümumiyyətlə Sepah (İslam İnqilabı Qvardiyası) icra edib və biz bilirik ki, bunların heç birindən də nəticə alınmayıb. [İstəyiblər ki], Urmiyə gölü adına bir sıra pulları yesinlər,” Rəhmanifər söyləyir.

O, təqribən 12 il öncədən Urmiyə gölünün vəziyyəti ilə əlaqədar başlanan kampaniyalar və etiraz aksiyalarına işarə edərək deyir, “mən qətiliklə etirazların təsirinə inanıram. Yəni belə deyim ki, İran İslam Cümhuriyyəti məcbur edilməsə Urmiyə gölünü canlandırmayacaq. Yəni, millət tərəfindən ictimai basqılar o qədər ola ki, ölkənin təhlükəsizliyi təhdid altında ola. Belə olmasa, dövlət ciddi bir addım atmayacaq.”

Siyasi fəalın sözlərinə görə, etirazlar davamlı olmadığı üçün təsirləri də müvəqqəti olur:

“Daha öncələr ciddi etirazlar oldu, hökümət gəldi dedi ki, biz Urmiyə Gölünü Canlandırma Mərkəzini yaradırıq. Sonra yavaş-yavaş bizlər susduq, onlar da susdu. Hətta, elə oldu ki, o mərkəzi artıq ləğv ediblər. Yəni, artıq büdcə ayırılmayıb. Amma keçən aylarda yenidən cüzi etirazların başlanması səbəb oldu ki, canlandırma mərkəzininin fəaliyyətlərinin araşdırılması layihəsi gündəmə gəlsin. Həm də mən eşitdim ki, deyiblər yenidən büdcə ayrılıb. Amma yenə etirazlar yatdı, bu vədlər də yatdı. Yəni etirazlar davamlı olmadıqca çox təsir yarada bilmir.”

Bizim İran xaricində olan milli fəallarımız, təşkilatlarımız, yazarlarımız və jurnalistlərimiz var. Bunlardır ki, Urmiyə gölü ilə bağlı etirazları hər zaman canlı saxlamalıdırlar. Təəssüf ki, bizim hərəkatımız bu sahədə lazımi qədər fəal deyil.

Rəhmanifər hesab edir ki, etirazların davamlılığını təmin etmək vəzifəsi ən çox xaricdə fəaliyyət göstərən fəallar və təşkilatların üzərinə düşür.

“Ölkə içində yaşayan ətraf mühit fəalları, milli fəallar və mədəni fəalların sıxıntıları var. Hökümətin ağır basqıları ilə qarşı-qarşıyadırlar. Çox rahat küçələrə çıxıb və etirazlarını sərgiləyə bilmirlər. Mən onları qınaya bilmirəm. Çünki onların şəraitini anlaya bilirəm. Amma, o fəallar ki İran sərhədlərinin xaricində yaşayırlar, təəssüf ki, lazımi qədər fəal deyillər... İçəridən bir səs çıxanda, bir hərəkətlilik görünəndə, görürük ki, xaricdə fəaliyyət göstərən Güney təşkilatları da məsələn bir bəyanat verirlər, biraz hərəkətə gəlirlər. Ancaq, içəri susduğunda, bunlar içəridən daha tez susur. Mənim sözüm budur ki, içəridəki susdurulur, basqı altında olur, əzilir və azadlığı yoxdur ki istədiyi kimi fəaliyyət etsin. Amma xaricdəkilər nə deyir? Bizim İran xaricində olan milli fəallarımız, təşkilatlarımız, yazarlarımız və jurnalistlərimiz var. Bunlardır ki, Urmiyə gölü ilə bağlı etirazları hər zaman canlı saxlamalıdırlar. Təəssüf ki, bizim hərəkatımız bu sahədə lazımi qədər fəal deyil.

XS
SM
MD
LG