Accessibility links

Avropa İttifaqı Azərbaycanın 5 erməni hərbçisini Ermənistana təhvil verməsini alqışlayır 


Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycanın 5 erməni hərbçini qarşı tərəfə təhvil verməsini alqışlayır.

Bu barədə Aİ Şurasının Prezidenti Twitter hesabında bildirib.

“Avqustun 31-də Brüsseldə baş tutan müzakirələrdən sonra daha beş erməni saxlanılanın Bakı tərəfindən azad edilməsini alqışlayıram. İlk dəfədir ki, təhvil ikitərəfli qaydada həyata keçirilib - bu həm Azərbaycan, həm də Ermənistan üçün etibar deməkdir. Bütün həll edilməmiş humanitar məsələlərin həlli əsas prioritetdir,” Şarl Mişel vurğulayıb.

Bundan əlavə, Aİ-nın Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar da Azərbaycan tərəfinin 5 erməni hərbçinin Ermənistana təhvil verilməsini alqışlayıb.

“Liderlərin avqustun 31-də Brüsseldəki görüşündən sonra Azərbaycan tərəfindən saxlanılan beş erməni hərbçisinin azad edilməsi ilə bağlı xəbərini alqışlayırıq.Bu, əhəmiyyətli humanitar jestdir və eyni zamanda təhvil-təslim prosesinin vasitəçilər olmadan baş tutması diqqətəlayiqdir,” Klaar twitterdə bildirib.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə 31 avqust 2022-ci il tarixdə Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə aparılmış müzakirələrin nəticəsində əldə edilmiş ikitərəfli razılaşmaya əsasən, Azərbaycan sentyabrın 8-də 5 nəfər Ermənistan hərbçisini azad edib və Azərbaycan-Ermənistan dövlət sərhədində qarşı tərəfə təhvil verib.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp baş prokuror vəzifəsinə yeni namizəd nominasiya edib
please wait

No media source currently available

0:00 0:11:25 0:00
XS
SM
MD
LG