Serbiya sentyabrın 7-si Türkiyədən Azərbaycan elektrik enerjisinin nəqlinə şərait yaratmağı xahiş edib. Həmin elektrik enerjisinin həcmi 2 qiqavat-saat olması nəzərdə tutulur.
Belqradda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla bərabər mətbuat konfransında çıxış edən Serbiya prezidenti Aleksandar Vuçiç Türkiyədən Azərbaycan enerjisinin nəqli üçün məkanın ayrılmasını xahiş etdiyini bildirib.
Serbiya demək olar ki, tam şəkildə Rusiya qazından asılı vəziyyətdədir. Amma ölkə 2023-cü ildən başlayaraq Azərbaycandan təbii qaz idxalına başlayaraq, təchizatı diversifikasiya etməyi nəzərdə tutur.
Avqustun 22-si Vuçiç və Azərbaycan prezidenti İlham Əliyev, şərtlər tam açıqlanmasa da, enerji idxalı mövzusunda razılığa gəliblər. Balkan ölkəsi elektrik enerjisinə olan ehtiyacının təxminən 70 faizini kömürlə çalışan elektrik stansiyaları vasitəsilə istehsal edir.
Vuçiç Ukraynada müharibəsinə istinad edərək, bu qışın Avropada “çox soyuq” olacağını bildirib. Belqrad Rusiyanın Ukryana işğalını qınasa da, Moskvaya sanksiyaların tətbiq edilməsindən imtina edib.
Serbiya həmçinin 2023-cü ildən başlayaraq Türkiyənin Bayraktar dronları almağı planlaşdırır. Vuçiç əlavə edib ki, Serbiya bu sazişə yüz milyonlarla avro sərmayə edəcək.