Sentyabrın 7-də Masallı rayonunun Hüseynhacılı kəndində (Bakıdan 260 kilometr cənub) fərdi evdə yanğın nəticəsində 3 nəfər ölüb.
Azərbaycan Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğının zamanı 3 nəfərin (onlardan ikisi uşaqdır) meyiti aşkar edilib, 2 nəfər xəsarət alıb.
Nazirlik yanğının hansı səbəbdən baş verdiyini açıqlamayıb.