Accessibility links

Xalid Ağaliyev: Azərbaycanda ifadə azadlığının qorunması üçün yetərli hüquqi çərçivə yoxdur


Xalid Ağaliyev: Azərbaycanda ifadə azadlığının qorunması üçün yetərli hüquqi çərçivə yoxdur
please wait

No media source currently available

0:00 0:05:19 0:00

Xalid Ağaliyev: Azərbaycanda ifadə azadlığının qorunması üçün yetərli hüquqi çərçivə yoxdur

Media hüquqları üzrə ekspert Xalid Ağaliyev Amerikanın Səsinə müsahibəsində Azərbaycanda ifadə azadlığı ilə bağlı vəziyyət, o cümlədən bu hüquqların qorunması istiqamətində görülə biləcək işlər barədə danışıb.

“İfadə azadlığı hüququna Azərbaycan konstitusiyası təminat verir. Amma ümumilikdə ifadə azadlığı hüququna müəyyən hallarda müdaxilələr baş verə bilər. Qanunvericilik buna icazə verir. Amma son vaxtlar dediyiniz məhdudiyyətlərə nəzər saldıqda tətbiq olunan müdaxilələrin qanunvericiliyin işığında problemli olduğu görünür. Dediyiniz xəbərdarlıqlar, digər cəzalandırmalar əsasən “Prokurorluq haqqında”qanunla, yeni qüvvəyə minmiş “Media haqqında” qanunla əsaslandırılır. Baxmayaraq ki, konstitusiya ifadə azadlığına tam təminat verir, amma adlarını çəkdiyimiz qanunlar eləcə də, adlarını çəkmədiyimiz amma ifadə azadlığı hüququnu təsirləndirən digər müxtəlif qanunlar, konstitusiya müddəlarının işığında xeyli dərəcədə problemlidir. Ən böyük problem yaradan qanun da “Media haqqında” qanundur. Bu qanuna Avropa Şurasının qurumları da mənfi rəy veriblər. Həmin qanun ifadə azadlığı hüquqi ilə bağlı başlıca prinsiplərə uyğun olmadığını bildiriblər. Bu baxımdan son zamanlar müşahidə elədiyimiz müdaxilələr hesab edirəm ki, qanuni deyil. Ümumilikdə ifadə azadlığı hüquqi standartları ilə bir araya sığmır.”

Hüquqşünas Azərbaycanda ifadə azadlığının qorunması üçün yetərli hüquqi çərçivə olmadığını deyir.

“Ayrı-ayrı qanunları götürdükdə çox ciddi problemlər var. Azərbaycan AŞPA-ya üzv olan zaman 2000-ci illərin əvvələrindən ifadə azadlığını təsirləndirən əksər qanunlar yenilənmişdir. Həmin qanunlar Avropa ölkələrinə uyğunlaşdırılmışdır. Amma təxminən 15 –ilə yaxın müddətdir ki, həmin qanunların mürtəceləşirilməsi siyasəti gözümüzün önündə baş verir. Bu informasiya əldə edilməsi haqqında qanunla bağlı olub, KİV-haqqında qanunla bağlı olub. Ən sonda “Media haqqında” qanunun qəbulu ilə bu iş başa çatıb. Bununla adları çəkdiyimiz qanunların işığında yanaşdıqda biz hüquqi çərçivəni yetərli saya bilmərik. Ciddi problemlər var və bu problemlər aradan qaldırılmayınca ifadə azadlığı üçün qorxular daha da artacaq”.

Onun sözlərinə görə jurnalistlərlə bağlı reyesterin yaradılması ifadə azadlığına ciddi problemlər yaradacaq. Ekspert hesab edir ki, ifadə azadlığının qorunmasında vətəndaş cəmiyyəti institutlarının köməyi olmalıdır.

“Hazırda vətəndaş cəmiyyətinin kömək edə biləcəyi çox işlər var. Məsələn “Media haqqında” qanun. Baxmayaraq ki, bu sahədə çalışan insanlar o qanun layihəsinə qarşı idilər. Amma çox mürtəci məzmunlu bu qanun qəbul olundu. Beynəlxalq qurumlar da bu qanunun çox yaxşı qarşılamadılar. Hazırda bu qanunun icrası ilə bağlı ortalıqda ciddi problemlər var.Vətəndaş cəmiyyəti bu sahəyə öz töhfəsini verə bilər. Bu ilk növbədə bu qanunun işə düşməsini biz indi müşahidə etməkdəyik. Xüsusilə bu payız aylarında daha da ciddiləşəcək. Çünki jurnalistlərlə bağlı reyestr yaradılacaq. Bu çox ciddi ifadə azadlığı ilə bağlı problemləri ortaya çıxaracaq. Bu baxımdan bu sahədə vətəndaş cəmiyyəti qurumlarının, fəalların əməkdaşlıq etməsi və hökümətin də bu təşəbbüslərə isti yanaşması lazımdır ki, ortalıqda olan problemləri xeyli dərəcədə ortadan qaldırmaq mümkün olsun”.

Xatırlatma

Azərbaycanda son günlər Baş Prokurorluq jurnalist və blogerlərə müxtəlif yazılarına görə, tez-tez xəbərdarlıqlar edib.

Baş Prokurorluq həmin vaxt iddia edib ki, “Media haqqında” Qanunun 14.1.11-ci maddəsi, yəni faktların və hadisələrin qərəzsiz, obyektiv təqdim olunması, birtərəfliliyə yol verilməməsi haqqında tələbə riayət olunmayıb. Qurum əsasən Müdafiə Nazirliyi və bəzi hərbi qulluqçularla bağlı yazıların, statusların üzərində dayanıb.

Baş Prokurorluq bununla bağlı inzibati həbs və xəbərdarlıqları “İctimai-siyasi sabitliyin, insan hüquq və azadlıqlarının pozulmasına yönələn halların qarşısının alınması” kimi məqsədlərlə izah edib.

Müşahidəçi isə hesab edir ki, bu, ifadə azadlığın pozulmasıdır.

XS
SM
MD
LG