Accessibility links

Beynəlxalq nüvə agentliyi Ukraynada nüvə təhlükəsizliyinin vəziyyəti ilə bağlı hesabat açıqlamağa hazırlaşır


Birləşmiş Millətlər Təşkilatının nüvə agentliyinin rəhbəri Ukraynanın cənubundakı Zaporijya atom elektrik stansiyasını araşdırmaq üçün komandasının səfərindən sonra çərşənbə axşamı Ukraynada nüvə təhlükəsizliyi və təhlükəsizlik vəziyyəti ilə bağlı hesabat dərc etməyə hazırlaşır.

Qurum bildirib ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi də öz komandasının nəticələri barədə BMT Təhlükəsizlik Şurasına məlumat verəcək.

Agentiyin müfəttişləri sentyabrın 1-də Zaporijya stansiyasına gedib və günlərlə ərazidə dəyən ziyanı, təhlükəsizlik və təhlükəsizlik sistemlərinin nə dərəcədə yaxşı işlədiyini və Rusiyanın nəzarətində olan stansiyada ukraynalı işçilər üçün şəraiti qiymətləndirib.

Həm Rusiya, həm də Ukrayna qarşı tərəfi elektrik stansiyasının ərazisini atəşə tutmaqda günahlandırıb. Hücumlar nüvə fəlakəti ehtimalı ilə bağlı beynəlxalq narahatlığı artırıb.

Beynəlxalq Atom Enerjisi Agentiyi iki ekspertinin oradakı vəziyyəti müşahidə etmək və müstəqil qiymətləndirmələr vermək üçün elektrik stansiyasında qaldığını bildirib.

Ukraynanın dövlət nüvə şirkəti bazar ertəsi Zaporijya stansiyasının Rusiyanın atəşi nəticəsində elektrik şəbəkəsindən ayrıldığını bəyan edib.

“Bu gün hücum nəticəsində baş verən yanğın (son işləyən) elektrik ötürücü xəttini kəsib” - deyə, Energoatom Telegram kanalında bildirib.

Ukraynanın energetika naziri German Qaluşenko Facebook səhifəsinda yazıb ki, obyekt ətrafında döyüşlər getdiyi üçün Energoatom təmir işləri apara bilmir. BMT-nin nüvə agentliyi Ukraynanın agentliyə ehtiyat elektrik xəttinin özünün zədələnməməsi barədə məlumat verdiyini və ukraynalı mütəxəssislərin yaxın günlərdə elektrik enerjisini yenidən birləşdirməyi planlaşdırdıqlarını bildirib.

Radiasiya fəlakətindən bir addım uzaqda

Ukrayna prezidenti Volodimir Zelenski bazar ertəsi gecə videomüraciətində nüvə stansiyasının yenidən “radiasiya fəlakətindən bir addım uzaq” vəziyyətə gətirildiyini bildirib.

Bazar ertəsi Rusiya Avropaya təbii qaz nəqlini dayandırmasını Qərbin Moskvaya qarşı sanksiyaları ilə izah edib. Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə deyib ki, Qərbin sanksiyaları Rusiyanın enerji nəhəngi Qazpromun keçən həftə neft sızması aşkarladıqdan sonra bağladığı Şimal axını-1 boru kəmərinin təmir işlərində “xaosa səbəb olub”.

Qərb rəsmiləri və mühəndisləri Rusiyanın boru kəmərində mexaniki problemlərlə bağlı iddiasını sual altına alıb.

Avropa Rusiyanı Avropa sanksiyalarına cavab məqsədi ilə qaz tədarükü üzərin nəzarətindən istifadə etməkdə ittiham edir. Avropa və Rusiya arasında enerji mübahisəi Avropa bazarlarında kəskin ucuzlaşma və təbii qaz qiymətlərinin isə yüksəlməsinə səbəb olub.

Nüvə enerjisi gözləmə rejimindədir

Almaniya bazar ertəsi elan edib ki, ölkədə qaz böhranı yaşandığı üçün qalan üç atom elektrik stansiyasından ikisini ilin sonundan sonra gözləmə rejimində saxlayacaq.

Almaniyanın iqtisadiyyat naziri Robert Habek bazar ertəsi verdiyi açıqlamada iki nüvə stansiyasının lazım olduğu təqdirdə 2023-cü ilin aprel ayının ortalarına qədər gözləmə rejimində qalacağını deyib. Onun sözlərinə görə, bu addım Almaniyanın nüvə enerjisindən çıxmaqla bağlı çoxdankı vədindən döndüyü demək deyil və ölkənin elektrik stansiyalarına ehtiyac duyacağı bir enerji böhranı ilə üzləşməsinin “çox çətin” olacağını deyib.

Ukrayna bazar ertəsi günü Avropa müttəfiqlərini iqtisadi təsirləri azaltmaq üçün Rusiyanı məğlub etmək səylərinə “maksimum dəstək” göstərməyə çağırıb.

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Rusiyanın ukraynalılara qarşı hərbi təcavüzü, Avropa İttifaqı vətəndaşlarına qarşı enerji şantajının Aİ ölkələrində qiymətlərin və kommunal ödənişlərin artmasına səbəb olduğunu deyib.

“Həll yolu: Putinə daha tez məğlub etmək və onun artıq Avropaya zərər verməməsi üçün Ukraynaya maksimum dəstəkdir” - deyə, Kuleba Rusiya prezidenti Vladimir Putinə istinad edərək yazıb.

Dünyanın ən inkişaf etmiş yeddi ölkələrinin G7 qrupu Moskvanın Ukraynada müharibə səylərini maliyyələşdirməyə kömək edən mənfəətini məhdudlaşdırmaq üçün Rusiya neftinin ixracına qiymətlərin məhdudlaşdırılmasını təklif edib.

Rusiya da öz növbəsində belə bir məhdudiyyət tətbiq edən heç bir ölkəyə neft satmayacağını bildirib.

XS
SM
MD
LG