Accessibility links

"Wolt" şirkəti ilə narazı olan kuryerlər mətbuat konfransı keçirib


"Wolt" şirkəti ilə narazı olan kuryerlər mətbuat konfransı keçirib
please wait

No media source currently available

0:00 0:02:54 0:00

"Wolt" şirkəti ilə narazı olan kuryerlər mətbuat konfransı keçirib

Sentyabrın 5-də Demokratiya-1918 təşkilatının İşçi Masası və "Wolt" çatdırılma xidmətinin kuryerləri birgə mətbuat konfransı keçirib.

Konfransda avqustun 31-də başladılan baykotun səbəbləri, kuryerlərin şirkətdən tələbləri haqqında danışılıb.

Aksiyanın təşkilatçısını olan Demokratiya-1918 təşkilatının üzvü Afiəddin Məmmədov çıxışı zamanı bildirib ki, irəli sürdükləri tələblər yerinə yetirilənədək baykota davam edəcəklər:

"Wolt" şirkəti avqustun 31-də baykotun olacağını bildiyi üçün, dayandırmaq üçün kampaniyaya başladı. Hər 20 gedişə 15 manat verməyi planlaşdırdı. Düşündülər ki, kuryerlər buna aldanacaq və baykotu dayandıracaq. Ancaq kuryerlər heç biri dayanmadılar, baykota davam etdilər. Biz düşünürdük ki, dünən axşam tariflər açıqlanacaq və "Wolt" bizim tələbələrimizi yerinə yetirəcək amma biz gördük ki, tələblər yerinə yetirmədi".

O qeyd edib ki, hazırda kuryerlərin 80 faizi baykota qoşulub. Əlavə olaraq təşkilatçılar hər gün müəyyən bölgələri gəzərək kuryerlərlə görüşürlər və vəziyyətlə bağlı onlara məlumat verilir.

"Wolt" şirkətində kuryer olaraq çalışan Orxan Zeynalov isə dövlət qurumlarının onların şikayətlərinə laqeyd qaldığını deyib:

"Deyək ki, "Wolt"la əməkdaşlıq edən 2500-3000 kuryer var. Onların hamısı ayda 75 AZN Dövlət Sosial Müdafiə Fonduna, 12 AZN tibbi sığortaya, 5 faiz isə vergi ödəyirlər. Toplamda dövlət büdcəsinə 5 milyon manat kuryer tərəfindən pul gedir. Ancaq bu gün bu qədər kuryer hansısa bir dövlət müəssisəsinə gedib şikayət edə bilmir. Nəyə görə? Çünki əmək müqaviləsi ilə fəaliyyət göstərmir. Əmək müfəttişliyi deyir ki, xidməti müqavilə ilə fəaliyyət göstərirsən, get problemini şirkətlə həll et. Şirkət də transmilli şirkətdir. Şərtlərlə tanış oluram, heç xoş deyil. Onlar da deyir ki, xoşun gəlmir işləmə".

Kuryer Emin Baxşəliyev kuryerlərin aylıq xərclərini hesablayıb. Onun sözlərinə görə, şirkət işçilərin haqlarını pozur :

"1000 AZN qazanan kuryerin 640 manat xərcləri elədi. Gəlin hesablayaq, burada 360 AZN bizə qazanc qalır. Bu məbləğlə kuryer nə edə bilər? Kirayədə qalan var, ailəli olan var".

"Wolt" Azərbaycan şirkəti mətbuat konfransı bağlı şərh verməyib.

Baykotla bağlı isə şirkətinin baş meneceri Tofiq Süleymanov bildirib ki, hazırkı narazılıq avqust ayının 29-da ödəniş modelinə edilən dəyişikliklər ilə bağlıdır, lakin atılan addımlar qazancı azaltmaq məqsədi ilə icra olunmayıb.

XS
SM
MD
LG