Accessibility links

VİP sədri Əli Əliyevin hüquqlarının müdafiəsi komitəsi mətbuat konfransı keçirib


VİP sədri Əli Əliyevin hüquqlarının müdafiəsi komitəsi mətbuat konfransı keçirib
please wait

No media source currently available

0:00 0:03:19 0:00

Sentyabrın 1-də Vətəndaş və inkişaf partiyasının sədri Əli Əliyevin hüquqlarının müdafiəsi komitəsi mətbuat konfransı keçirib. Konfransın mövzusu ötən 10 gün ərzində partiya sədrinə edilən təzyiq iddialarıdır.

VİP Mərkəzi Aparatının rəhbəri Əflatun Quliyev çıxışı zamanı deyib ki, 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Əli Əliyevlə avqustun 21-dən bəri hər hansı bir formada əlaqə saxlamaq mümkün olmayıb:

"22-dən sonra ümümiyyətlə rabitə sistemində tamamilə kəsilmə baş verib. Ümumi narahatlıq hiss edərək biz, ailə üzvlərindən xahiş etdik ki, həbsxana ilə əlaqə saxlanılsın. Avqustun 25-də ailə üzvlərindən biri həbsxanaya gedib və orda deyiblər ki, narahatlığa əsas yoxdur, sadəcə təcridxanadakı rabitə sistemində nasazlıq olduğuna görə, əlaqə saxlamaq mümkün deyil".

Komitə üzvü Elçin Rəhimzadə Əli Əliyevin həyatının təhlükədə olduğunu bildirib. Onun sözlərinə görə, avqustun 31-də Əli Əliyevlə vəkilinin görüşünə şərait yaradılıb və yeni cinayət işi açıldığı məlum olub:

"Şikayətdə belə yazılıb ki, guya Əli Əliyev ona hücum çəkib, onun boğazından yapışıb boğmaq istəyib və şüşə alətlə başına vurub. Əli Əliyevlə Toğrul Babayev görüşüb və Əli Əliyev bildirib ki, bu insidentdə iştirak etməyib. Girdi kameraya, başladı özünü döyməyə ki, mənim müddətini artırırlar, mənim işimin üstünə iş gətirmək istəyirlər və əməlli başlı isterik bir vəziyyətdə özünü vurub yerə. Ərizə yazılıb verilib, istər istintaqçıya, istərsə də Kürdəxanı təcridxanasının rəhbərliyinə. Və xüsusi bir məqam artıq ikinci dəfədir ki, Əli Əliyev həyati təhlükəylə bağlı mesaj göndərir. Əli Əliyevin həyatı təhlükədədir".

Hüquq müdafiəçisi Rüfət Səfərov Azərbaycanın müasir tarixində Əli Əliyevin ətrafında cərəyan edən proseslərin bənzəri olmadığını deyib:

"Son 9 ay ərzində Müdafiə xətti insan haqları təşkilatı olaraq dəfələrlə həm şifahi həm yazılı mövqelərimizdə söyləmişik ki, əgər VİP sədri Əli Əliyev hakimiyyətlə bu və ya digər siyasi uzlaşmada olmazsa bir yox, bir neçə cinayət işi qaçılmaz olacaq".

Partiya rəhbərliyi Əli Əliyevlə bağlı yaranmış bu problemlərin aradan qaldırılması üçün

Prezident Administrasiyası və Ombudsman Aparatı ilə əlaqə saxlayıb. Bu qurumlardan vəziyyətin araşdırılaraq məlumat veriləcəyi deyilib.

Rəsmi qurumlar mətbuat konfransı bağlı şərh verməyiblər.

XS
SM
MD
LG