Accessibility links

Avropa Məhkəməsi Yadigar Sadıqlının işi üzrə qərarını elan edib


Avropa İnsan Haqları Məhkəməsi Müsavat partiyasının üzvü Yadigar Sadıqlı barəsində qərarını elan edib.

Hüquqşünas Xalid Ağaliyev Amerikanın Səsinə deyib ki, Yadigar Sadıqlının Azərbaycana qarşı işində Avropa Məhkəməsi məhkəməyə qədər həbsin qanunsuzluğu mübahisələndirilən bu işdə iddia olunan pozuntunu tanıyıb.

Onun sözlərin görə Avropa məhkəməsi hesab edib ki, Yadigar Sadıqlıya qarşı Konvensiyanın 5.3-cü maddəsinin (azadlıq və toxunulmazlıq hüququ) pozuntusuna yol veriblər. Hökumət ərizəçiyə 3500 avro təzminat ödəməlidir.

Xalid Ağalıyev deyir ki, Yadigar Sadıqlı Azərbaycana qarşı işində Avropa Məhkəməsi məhkəməyə qədər həbsin qanunsuzluğu mübahisələndirilən bu işdə iddia olunan pozuntunu tanıyıb.

Qərara görə, milli məhkəmələr Yadigar Sadıqlıya münasibətdə Konvensiyanın 5.3-cü maddəsinin pozuntusuna yol veriblər. Hökumət ərizəçiyə 3500 avro təzminat ödəməlidir.

Hüquqşünas deyir ki, bu iş hadisələrin baş verdiyi vaxt müxalif Müsavat Partiyasının başqanının müşaviri olan Yadigar Sadıqlının Lənkəran şəhərində təxribata məruz qalması hadisəsi ilə bağlı idi.

Sadıqov 2013-cü ildə xuliqanlıq ittihamı ilə həbs edilib, məhkəmələr ittihamı əsaslı hesab edərək onu 6 il müddətinə azadlıqdan məhrum edib. Cinayət işini qurama sayan beynəlxalq hüquq müdafiə təşkilatları müxalif siyasətçini vicdan məhbusu elan edib. Sadıqov həmin cinayət işi üzrə keçirilən məhkəmə iclaslarında metal qəfəsdə saxlanılmasından şikayət edib. Şikayətləri yerli məhkəmələrdə rədd edilən siyasətçi hesab edir ki, məhkəmədə metal qəfəsə yerləşdirilməsi onun Konvensiyanın 3-cü maddəsi ilə təminat altına alınan hüquqlarına müdaxilə təşkil edib.

Öz növbəsində Yadigar Sadıqlı Amerikanın Səsinə bildirib ki, həbs-qəti imkan tədbiri seçilməsinin pozuntu kimi tanınması ədalətli qərardır.

“Amma kompensasiya çox cüzidir. Ümumiyyətlə AİHM son zamanlar kompensasiya məsələsində Azərbaycan hökuməti ilə çox mərhəmətli davranır. Sanki Avropa məhkəməsi də azərbaycanlı siyasi məhbusları ağ və qara adamlara bölüb. Ağlara daha çox kompensasiya kəsir, qaralara az,” o, bildirib.

XS
SM
MD
LG