Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatına uyğun olaraq Amerika Birləşmiş Ştatlarının İndiana, Texas, Kentukki, Oklahoma, Şimali Karolina, Delaver, Ayova, Missuri, Montana, Nebraska və Merilend ştatlarında qeydə alınmış yüksək patogen quş qripinin aradan qaldırılması səbəbindən bu ştatlardan quşçuluq məhsullarlının idxalına qadağaları aradan qaldırıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsi məlumat yayıb.
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (WOAH) bildirir ki, “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və həmin ştatlarda bu xəstəliyə görə epizootik sağlamlıq statusu bərpa olunub. Bununla əlaqədar, WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi” nəzərə alınaraq, yüksək patogen quş qripi xəstəliyinə görə həmin ştatlara tətbiq edilmiş məhdudiyyət aradan qaldırılıb.
Azərbaycanın bu il aprelin 25-də və ondan öncə ABŞ-ın müxtəlif ştatlarından quş əti və quşçuluq məhsullarının idxalına qadağa qoyub.
Ölkənin ABŞ-dan quş əti və quşçuluq məhsulları alması barədə ayrıca statistika aparılmır. Yalnız ABŞ-da idxalın ümüumi statistikası aparılıb. Ölkə 2020-ci ildə ABŞ-dan $34,419 min dollar məbləğində məhsul idxal edib.