Accessibility links

Türkiyə ərzaq daşıyan daha dörd gəminin Ukraynanı tərk etdiyini bildirib


Türkiyənin Müdafiə Nazirliyi avqustun 21-də ərzaq məhsulları daşıyan daha dörd gəminin Ukraynanın Qara dəniz limanlarını tərk etdiyini bildirib. Bununla BMT-nin vasitəçiliyi ilə taxıl ixracı ilə bağlı müqavilə çərçivəsində Ukraynanın Qara dəniz limanlarını tərk edən gəmilərin ümumi sayı 31-ə çatıb.

Keçən ay vasitəçilik səyləri ilə razılaşmanın əldə edilməsindən əvvəl Rusiyanın Ukraynaya əsassız müdaxiləsi nəticəsində Ukraynadan taxıl ixracının bir neçə ay ərzində dayandırılması qlobal ərzaq böhranı ilə bağlı qorxuların artmasına səbəb olmuşdu.

BMT-nin baş katibi Antonio Quterreş avqustun 20-də İstanbulda keçirdiyi mətbuat konfransında bildirib ki, taxıl ixracının bərpasına dair razılaşma çərçivəsində Ukrayna artıq 650 min tondan çox taxıl və digər ərzaq məhsulları ixrac edib.

O həmçinin bildirib ki, Birləşmiş Millətlər Təşkilatı Rusiyadan ərzaq və gübrələrin dünya bazarlarına çıxışı qarşısında maneələri aradan qaldırmaq üçün ABŞ və Avropa İttifaqı ilə işləyir.

“Bu paket sazişinin digər hissəsi Rusiyadan sanksiyalara məruz qalmayan ərzaq və gübrələrin qlobal bazarlara maneəsiz çıxışından ibarətdir,” Quterreş bildirib.

XS
SM
MD
LG