İllərdir içməli su çatışmazlığından əziyyət çəkən İranın Həmədan vilayətində su problemi bir neçə gündür daha da kritik vəziyyətdədir.
Həmədan vilayətinin mərkəzi Həmədan şəhərində bir neçə ay idi ki, sular hər gecə saat 11-dən səhər saat 5-ə qədər kəsilirdi. Ancaq, xəbər agentlikləri son günlərdə bəzi bölgələrdə kəsintilərin 48 saata qədər çatdığını bildirirlər.
Rəsmi IRIB News agentlinin yazdığına görə, “hazırda Həmədan şəhərində içməli su gündə 12 saat kəsilir və ya təzyiqin düşməsi üzündən istifadə oluna bilmir. Bəzi bölgələrdə əhali 48 saat kəsinti görüblər. Davam edən su problemi Həmədan əhalisinin gələn günlərə dair narahatlığını ikiqat artırıb.”
Yarı-rəsmi Mehr agentliyi isə Həmədan vilayətində 11 şəhər və 171 kəndin su qıtlığından əziyyət çəkdiyini yazıb.
Yerli məsulların açıqlamalarına əsasən, vilayətin içməli su ehtiyacının mövcud mənbələr ilə təmin edilməsi mümkün deyil.
Həmədan su şirkətinin rəsmisi Həmidrza Nikdad İSNA agentliyini deyib ki, “hazırda su qıtlığına qısamüddət çözüm olaraq 9 quyu qazılır. Ancaq, Həmədanın xilas yolu Talvar bəndindən su nəqlidir.”
Təlvar bəndindən Həmədana su nəqli layihəsinə 18 il əvvəl başlanılıb. İbrahim Rəisi dönəmində Həmədana vali təyin edilən Əlirza Qasımi Fərzadın dediklərinə görə, “Talvar layihəsi keçən 18 ildə yalnız 40 faiz irəliləyiş qeyd edib. Ancaq, biz prezident Rəisi hökümətinin cəhdləri sayəsində 4 ay ərzində 50 faiz irəliləyiş əldə etmişik.”