Accessibility links

Nazir müavini: 5 min hektara yaxın ərazidə yanğın izləri var


Son günlər Azərbaycanın müxtəlif regionlarında yanğınlar nəticəsində minlərlə hektar ərazidə ağaclar, kol-kos və quru ot sahələri yanıb.

Fövqəladə Hallar nazirnin müavini Ertibar Mirzəyev deyib ki, ümumilikdə ölkənin şimal bölgəsində 5 min hektara yaxın ərazidə yanğın izləri var.

Rəsmi məlumatlara görə hazırda da yanğınlar davam edir.

Fövqəladə Hallah Nazirliyi bildirir ki, hazırda Siyəzən rayonunun Dağ Quşçu kəndindəki (Bakıdan 105 kilometr şimal) meşəlik ərazidə baş vermiş yanğının genişlənməsinin qarşısının alınması və söndürülməsi istiqamətində yanğından mühafizə tədbirləri davam etdirilir.

Yanğın avqustun 19-da kəndin mürəkkəb relyefli dağlıq ərazisində başlayıb və 40 hektaradək ərazini əhatə edir.

Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin (FHN) 300 canlı qüvvəsi, 5 ədəd yanğınsöndürmə avtomobili, Aviasiya dəstəsinin “BE-200 ÇS” tipli amfibiya təyyarəsi və 3 ədəd helikopteri də cəlb edilib.

Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev deyib ki, havanın küləkli və isti olması yanğının söndürülməsinə çətinliklər yaradır.

Avqustun 20-də Quba rayonunun (Bakıdan 168 kilometr şimal) Gədik kəndi və Qoşabulaq ərazisinin meşə massivində yanğın başlayıb.

Etibar Mirzəyev bildirib ki, hazırda həmin ərazilərə yanğının söndütrülməsi üçün Fövqəladə Hallar Nazirliyinin 3 avtomobili və 1 helikopteri cəlb edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG