Accessibility links

Bakı meriyası ADR Partiyasının piket keçirməsini "məqsədəuyğun" hesab etməyib


Qubad İbadoğlu
Qubad İbadoğlu

Bakı Şəhər İcra Hakimiyyəti Azərbaycan Demokratiya və Rifah Partiyasının Ədliyyə Nazirliyinin binası qarşısında avqustun 24-də piket keçirilməsini "məqsədəuyğun" hesab etməyib.

Bu barədə partiyanın sədri Qubad İbadoğlu Amerikanın Səsinə bildirib.

Onun sözlərinə görə piket keçirilməsinə səbəb Azərbaycan Demokratiya və Rifah Partiyası Ədliyyə Nazirliyindən partiyanı qeydiyyata almaqdan imtina edilməsi olub.

Öz növbəsində Bakı Şəhər İcra Hakimiyyəti qeyd edib ki, “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun 7-ci maddəsinin 1-ci hissəsinin və 9-cu maddəsinin 3-cü hissəsinin tələblərinə cavab verilmədiyi üçün Ədliyyə Nazirliyinin binasının qarşısında piket məqsədəuyğun hesab edilməyib.

Qubad İbadoğlu buna baxmayaraq piketin keçiriləcəyini bildirib. Onun sözlərinə görə Ədliyyə Nazirliyinin imtina əsassızdır.

“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanuna əsasən, Ədliyyə Nazirliyi hələ partiyanın ilk müraciətinə cavab olaraq namizədlərin irəli sürülməsi proseduru ilə bağlı öz iradlarını bildirməli idi.

O deyir ki, Azərbaycanda siyasi partiyaların və ictimai birliklərin dövlət qeydiyyatına alınması siyasi məsələdir.

Partiya sədri qeyd edir ki, Ədliyyə Nazirliyini məhkəməyə və işi Avropa İnsan Haqları Məhkəməsinə vermək niyyətindədir.

Bununla yanaşı, Ədliyyə Nazirliyindən ADR Partiyasının məlumatı ilə bağlı münasibət almaq mümkün olmayıb.

Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyası əsasən 21 fevral 2015-ci ildə təsis edilmiş ADR Hərəkatının bazasında formalaşıb və 17 oktyabr 2021-ci ildə keçirilmiş təsis qurultayında elan edilib. Qurultayda iqtisad elmləri doktoru Qubad İbadoğlu partiyanın sədri seçilib.

XS
SM
MD
LG