İranın Ali Məhkəməsi Əkbər Nəiminin 9 illik həbs cəzasını ləğv edərək yenidən baxılması üçün Apellyasiya Məhkəməsinə göndərib.
Əkbər Nəiminin qardaşının İnstaqram səhifəsində verdiyi açıqlamaya görə, İranın Ali Məhkəməsi milli fəal Əkbər Nəiminin işini araşdırdıqdan sonra bu azərbaycanlı milli fəala qarşı “qanunsuz qruplaşmaya üzv olmaq” və "milli təhlükəsizliyə qarşı toplaşmaq və əlbir olmaq" ittihamları ilə çıxarılan hökmə yenidən baxılması üçün Apellyasiya Məhkəməsinə göndərib. Türk fəal həmin ittihamlardan dolayı müvafiq olaraq, 5 il və 4 il həbsə məhkum edilib.
Əkbər Nəimi 3 müxtəlif ittihamdan suçlanaraq, cəmi 9 il 8 ay həbs cəzası alıb. o, “sistemə qarşı təbliğat aparmaq” ittihamı ilə 8 ay azadlıqdan məhrum edilib.
Cənab Nəimi, ötən il iyulun 19-da Təbrizdə həbs olunaraq, Evin Həbsxanasına köçürüldükdən sonra həbsdədir və beləliklə, təqribən 13 aydır ki, məzuniyyətə buraxılmadan Tehranın Evin Həbsxanasında saxlanılır.
Nəimiyə verilən ağır həbs cəzası ilə yanaşı 2 il müddətində ölkədən çıxışı, həmçinin siyasi qruplara və partiyalara üzv olması qadağa olub.
Qərbi Azərbaycanın Xoy şəhərindən olan bu türk fəala qarşı ağır hökm Tehran vilayətinin 36 saylı Apellyasiya Məhkəməsinin tərəfindən təsdiqlənib. Ali Məhkəmənin çıxardığl hökmə əsasən Apellyasiya Məhkəməsi bir daha milli fəalın işinə baxacaq.
Milli fəal Əkbər Nəimi 22 yanvar 2020-ci ildə İranın milli hava yolları şirkətində iş yerində həbs edildikdən sonra iş yerindən qovulub. O, 2 ay müddətində təhlükəsizlik qüvvələrinin təcridxanasında dindirilib və bu müddət ərzində ona vəkilə çatım hüququ təmin edilməyib habelə ailəsi ilə əlaqə saxlamaq imkanında da məhrum edilib.
Tehranda yaşayan türk fəallar azərbaycanlıların ana dilinin hüquqları sahəsində dinc və mədəni şəkildə fəaliyyət göstərmələrinə baxmayaraq, təhlükəsizlik qüvvələri və məhkəmə sistemi həmin fəallara qarşı ağır repressiya siyasəti və həbs cəzası tətbiq edir.