Accessibility links

Qərbi Azərbaycan vilayətində COVID-19-dan bir həftədə 65 ölüm halı qeydə alınıb


Son həftələrdə İranın müxtəlif vilayətlərində COVID-19-a yoluxma və ölüm halları kəskin şəkildə artıb. Qərbi Azərbaycan vilayətində xəstəliyə qarşı mübarizə qərargahı keçən bir həftə ərzində 65 ölüm halının qeydə alındığını bildirib.

Bu barədə vilayətin koronavirusa qarşı mübarizə qərargahının katibi Doktor Seyyid Cəlil Musəvi İSNA agentliyinə məlumat verib.

Doktor Musəvi deyib ki, “hazırda COVID-19 səbəbilə xəstəyəxanaya müraciət edən və yatırılanların sayı və ölüm halları artmaqdadır, ancaq bu artımın sürəti çox deyil. Gələcək həftədən başlayaraq yoluxma hallarının azalmasını gözləyirik.”

İSNA-nın məlumatına görə, hazırda Qərbi Azərbaycan vilayətinin Qoşaçay (Miyandab), Nəğədə və Poldəşt şəhərlərində “qırmızı vəziyyət” elan edilib.

Rəsmi dövlət agentliyi İRNA Şərqi Azərbaycan vilayətində də Marağa, Binab və Heris şəhərlərinin qırmızı səviyyədə olduğunu bildirib.

Təbriz Tibb Universitetinin açıqladığı məlumata görə, avqust ayının 15-dən 16-ya qədər 24 saat ərzində Şərqi Azərbaycanda koronavirusdan 4 ölüm halı qeydə alınıb.

İranın səhiyyə rəsmiləri bir neçə həftə öncə ölüm hallarının artdığına dair xəbərdarlıq edərək, ölkədə koronavirus pandemiyasının 7-ci dalğasının başladığını bildirmişdilər.

XS
SM
MD
LG