Accessibility links

Mühazirə zamanı hücuma məruz qalan yazıçı Salman Rüşdinin vəziyyətinin yaxşı olmadığı və onun bir gözünü itirəcəyi deyilir


1980-ci illərdə “Şeytan ayələri” adlı əsərinə görə İran liderindən ölüm təhdidi alan yazıçı Salman Rüşdi cümə günü Nyu York ştatında mühazirə deməyə hazırlaşarkən səhnəyə hücum çəkən kişi onu boyun və qarın nayihəsindən dəfələrlə bıçaqlarlayıb.

Yaralı vəziyyətdə olan 75 yaşlı Rüşdi təcili şəkildə helikopterlə xəstəxanaya aparılıb və onun üzərində əməliyyat keçirilib. Yazıçının agenti Endrü Uayli Rüşdinin əməliyyatdan sonra süni tənəffüs aparatına qoşulduğunu bildirib.

“Xəbərlər yaxşı deyil” – deyə Uayli email vasitəsilə yazıb: “Salman çox güman ki, bir gözünü itirəcək, qolundakı sinirlər ciddi şəkildə zədələnib, qaraciyəri bıçaqlanıb və zədələnib”

Polis yazıçıya hücum edən şəxsin Nyu Cersi ştatının 24 yaşlı sakini Hadi Matar olduğunu müəyyən edib. O, yazıçıya hücum etdiyi məkanda həbs edilib. Ştat polisi mayoru Yucin Stanişevski bildirib ki, hücumun motivi hələlik naməlumdur.

Salman Rüşdi
Salman Rüşdi

Associated Press agentliyinin müxbiri Çautauqua İnstitutunda baş verən hadisəyə şahidlik edib. Onun sözlərinə görə, Rüşdi təşkilatçılar tərəfindən təqdim olunan an, hücum edən şəxs ona 10-15 dəfə zərbələr endirib və bıçaqlayıb. Yazıçı aldığı zərbələrdən yerə yıxılıb və hücum edən şəxs saxlanılıb.

Tədbirdə iştirak edən və hadisə baş verən kimi Rüşdinin köməyinə gələn həkim Martin Haskel yazıçının zədələrinin “ciddi, amma sağalan” olduğunu deyib.

Tədbirin təşkilatçısı, təqiblərə məruz qalan yazıçılara rezidensiya təklif edən təşkilatın həmtəsisçisi 73 yaşlı Henri Riz də hücuma məruz qalıb. Riz üzündən xəsarət alıb və xəstəxanada müalicə ediləndən sonra evə buraxılıb. Riz və Rüşdi tədbirdə ABŞ-ın sürgündə olan yazıçılar üçün sığınacaq olması haqda müzakirə edəcəkdilər.

XS
SM
MD
LG