Accessibility links

Çin Tayvanı ilhaq etmək üçün hərbi gücdən istifadə edəcəyi ilə bağlı hədəsini bir daha təkrar edib


Çərşənbə günü Çin son illər tərəflər arasında gərginliyi ən yüksək səviyyəyə çatdıran hərbi təlimləri fonunda özünü idarə edən Tayvanı nəzarəti altına almaq üçün hərbi gücdən istifadə edəcəyi ilə bağlı hədəsini bir daha təkrar edib.

Nazirlər Kabinetinin Tayvan İşləri İdarəsi və onun xəbərlər departamenti bu bəyanatı Çinin döyüş gəmiləri və hərbi təyyarələrinin təxminən bir həftə ərzində raket sınaqları, Tayvan sularına və hava məkanına müdaxiləsindən sonra verib.

Hərbi təlimlər qlobal təchizat zəncirləri üçün mühüm əhəmiyyət kəsb edən bölgədə uçuşları, daşımaları dayandırıb və ABŞ, Yaponiya və digər ölkələrin kəskin qınağına səbəb olub.

Çinin bəyanatının ingilisdilli versiyasında Pekinin “böyük səmimiyyətlə işləyəcəyi və birləşməyə sülh yolu ilə nail olmaq üçün əlindən gələni edəcəyi” deyilir.

Bəyanatda “Lakin biz güc tətbiqindən və bütün lazımi tədbirlər variantından imtina etmirik. Bu, kənar müdaxilələrdən və bütün separatçı fəaliyyətlərdən qorunmaq üçündür” deyilib.

“Xarici qüvvələrin müdaxiləsinə və ya separatçı elementlərin radikal hərəkətlərinə güc və ya digər zəruri vasitələrdən istifadə etməklə cavab verməyə həmişə hazırıq. Bizim əsas məqsədimiz Çinin sülh yolu ilə yenidən birləşmə perspektivlərini təmin etmək və bu prosesi inkişaf etdirməkdir”- deyə, bildirilib.

Çin bildirdiyinə görə, təhdidedici addımlara keçən həftə ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfəri səbəb olub. Lakin Tayvan deyib ki, bu cür səfərlər normal haldır və Çin bundan sadəcə təhdidlərini artırmaq üçün bəhanə kimi istifadə edib.

Pelosinin səfərinə cavab olaraq Çin, Tayvanın hərbi və siyasi dəstəkçisi olan ABŞ-la dəniz təhlükəsizliyindən tutmuş iqlim dəyişikliyinə qədər məsələlərlə bağlı dialoqu kəsdiyini bildirib.

Tayvanın xarici işlər naziri çərşənbə axşamı Çinin hərbi təlimlərinin Sakit Okeanın qərbindəki geniş ərazilərə nəzarət etmək ambisiyalarını əks etdirdiyini deyib. Taypey isə özünü müdafiə etməyə hazır olduğunu vurğulamaq üçün öz təlimlərini keçirib.

XS
SM
MD
LG